"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda bəzi banklar kredit verilməsini dayandırdılar

01 Avqust 2015 - 13:26
in XƏBƏR LENTİ

Bakıda bəzi banklar kredit verilməsini dayandırdılar

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Kredit götürmək üçün bir neçə banka müraciət etmişəm. Ancaq buna baxmayaraq cəhdlərim uğursuz olub. Kredit verən bank əməkdaşı əsassız səbəblərlə kredit verməkdən imtina edir”.
Bunu BAKU WS saytının əməkdaşı ilə söhbətində paytaxt sakini Mahir Əmirov söyləyib. Onun sözlərinə görə, bank ona azı 3-4 gün gözləməyi məsləhət görüb və buna görə də hər hansı açıqlama verməkdən yayınıb. Mahir deyir ki, baş çəkdiyi 3-4 bankda anoloji hadisə ilə üzləşib. Kredit almaq üçün min bir qabıqdan çıxan paytaxt sakini istəyinə nail olmadığını söyləyir. Mütəxəssislər  bunu Mərkəzi Bankın son bir ay ərzində banklara ardıcıl tövsiyyələri ilə əlaqələndirir. Belə ki, bu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddi tətbiq edilməyə başlanılıb.
İstehlak kreditləri üzrə illik faiz dərəcələri 29, mikrokreditlər üzrə illik faiz dərəcələri 25 faizdən yuxarı olmayacaq. Kreditlər üzrə komisyon haqqının və kredit faizlərinin azaldılması ilə bağlı AMB-nin banklara göstərişi kredit təşkilatlarının fəaliyyətində durğunluq yaradıb.
Aşağı faizlə kredit verməkdə maraqlı olmayan banklar faizlərlə bağlı hazırki ajiotajın azalmasını gözləyirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov BAKU WS-ə açıqlamasında kredit faizlərinin inzibati yol ilə məhdudlaşmasına və yaranan problemlərə münasibət bildirib. Mütəxəssis hesab edir ki, Mərkəzi Bankın “faiz tavanını” tövsiyyə etdiyini bəyan etməsi qanunvericiliyə zidd deyil. “”Fazi tavanı” faizlərin aşağı düşməsinə gətirib çıxarmaq üçün müəyyən edilib. Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyyə bankların faiz siyasətinə korrektlərə etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisiyon haqlarının məhdudlaşdırılması da bankların “yalançı faizlər” ilə bağlı manevr imkanlarını məhdudlaşdırıb. Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var.
Çünki yüksək gəlirə aludə olan bankların “qara bazar” formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzun müddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberallaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsinə də vacibdir”. İqtisadçı-alim bildirir ki, bəzi banklar və bank olmayan kredit təşkilatları öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışır: “Belə ki, məhdudiyyətlər istehlak və mikro kreditlərini əhatə etdiyindən banklar orta məbləğli kreditlərini biznes kreditləri kimi rəsmilləşdirməyə çalışaraq bu “qadağalardan” qaçmağa çalışacaq. Eyni zamanda, müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq komissiyon haqqı hesablamasın və ümumi fazilər 29 faizdən çox olmasın. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var”, – deyə V.Bayramov əlavə edib. Ölkədə fəaliyyət göstərən aparıcı banklardan birinin kreditoru (kredit verən bank əməkdaşı) Xətai Məmmədov yeni tələblərin müştərilərin sayını artırdığını deyir. Bank əməkdaşı müştərilərin əsasən manatla kredit götürməyə üstünlük verdiyini söyləyir: “Kreditlərdən 1% komisyon haqqı və 1% sığorta haqqı tutulur və maksimum kredit faizi 25-dir. Təkrar müştərilərə hətta aşağı faizlərlə də kredit təklif olunur. Dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyəti aşağıdır. Əsas problemli kreditlər məhz dollarla götürülən kreditlərin payına düşür. Banklar ödənilməyən kreditlərə görə əziyyət çəkir. Ancaq indiki kredit şərtləri pul satışında canlanma yaradıb. Müştərilərin sayında artım qeydə alınıb. Biz 3 min manata qədər manatla, daha çox vəsait götürüldükdə isə dollarla kredit veririk. Bunu riskləri sığortalamaq üçün edirik”,- deyə bank əməkdaşı söyləyib.
İqtisadçı-alim Vüqar Bayramov fikrincə, son məhdudiyyətlər faizlərə təsir göstərəcək. Ancaq prosesin daha hiss edilən faiz azalmaları ilə müşahidə edilməsi məhz Mərkəzi Bankı yeni qərarlarından və tövsiyyələrin monitorinqdən asılı olacaq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsti hava avqustun 5-dək davam edəcək, hərarət 43 dərəcəyə yüksələcək

Next Post

TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

Heydər Əliyev prospekt gecə bağlanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.