
Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı AKP və HDP-nin ünvanına kəskin bəyanatlar səsləndirib. ANS PRESS-in məlumatına görə, Baxçalı PKK terror təşkilatını köhnə paltaryuyan maşında, AKP-ni isə bütün yuyucu tozların töküldüyü böyük hovuzda yuyacaqlarını deyib. Ölkədə kürd problemi olmadığını deyən bozqurdların lideri HDP-yə səs verənlərin sərxoş olduğunu iddia edərək onları şərəfsizlikdə ittiham edib.
“Türkiyədə kürd problemi yoxdur. Min illik hüququmuzla yaşadığımız, qız alıb qız verdiyimiz, təxminən 4 milyon 200 min yuva qurduğumuz, qız və ya oğlan tərəfi kürd əslli olan yuvalarda 5, 6, və ya 7 uşağın olduğu Türkiyədə kürd problemi vardır deyərək, ayrı-seçkilik edərək bu yuvaları yıxacaqsınız? 7 uşağın hansına kürd, hansına türk deyəcəksiniz?”
PKK terror təşkilatının yox olacağını deyən Dövlət Baxçalı terrorçuların təslim olacağını, günahı olanların paltaryuyan maşında paklanacağını, günahı olmayanların isə ata-anasının yanına qayıdacağını bildirib:
“PKK adlı xəyanət təşkilatı özü-özünü ləğv edəcək. “Sülh prosesi” adlı xəyanət də aradan qaldırılacaq. HDP və bu günə qədər oxşar şəkildə leqallaşmış xain siyasətçilər tamamilə siyasətin xaricində qalacaqlar. Dğada, aranda nə qədər PKK üzvü varsa gələcək, Türkiyə təhlükəsizlik qüvvələrinin qarşısında tək sıra düzülərək silahlarını təhvil verəcəklər. Əvvəllər köhnə tipli paltaryuyan maşınlar vardı. O maşınlara qoyulacaq, kim qatildirsə, kim türk millətinə ziyan vurubsa onlar ədalət qarşısına çıxacaq, həbsxanaya göndəriləcək. Günahı olmayanlar ata-anasının yanına gedəcək”.
Hakim Ədalət və İnkişaf Partiyasını (AKP) da tənqid edən Baxçalı onların da yuyucu tozlarla böyük hovuzda yuyulmalı olduqlarını deyib:
“Korrupsiya və rüşvətlər ali məhkəməyə göndəriləcək şəkildə Məclisdə araşdırılacaq. Bu şərtlər 13 illik yıxım layihəsini krujeva kimi işlənmiş hallarıdır. Buna cəsarət edə bilməzlər. Cəsarətləri varsa birlikdə koalisiya quraq. Türkiyədə nə qədər yuyucu toz varsa alodan omoya, tursildən nə bilim nəyə qədər hamısını böyük bir hovuza (əlbəttə büdcə hovuzunu demirəm) tökək, suyu da buraxaq. AKP-nin 12 ilini oraya ataq. Qaralanamış olanAKP hakimiyyəti oreada ağlanacaq, paklanacaq. Hər biri təmizlənərək sizin kimi insan olacaq. Ondan sonra da qucağımızı açacağıq, gəlin MHP-yə deyəcəyik. Bu qərarlılıqla da yola davam edəcəyik.”



