
Futbolçu Kriştiano Ronaldo futbol agenti Jorje Mendeşin toyuna ada bağışlayıb.
Avropa.info xəbər verir ki, “Real” təmsilçisinin hədiyyəsi haqda “Move Noticias” nəşri yazır. Mənbəyə görə ada Yunanıstan yaxınlığında yerləşir. Daha əvvəl bundan əvvəl onlarla yunan adasının satışa çıxarıldığı bildirilmişdi. Onların qiyməti 3 milyondan 50 milyon avroyadək dəyişir.
Mendeş və nişanlısı Sandra Barbosanın toyu 2 avqustda Portu şəhərində baş tutub. Toyda “Real”ın prezidenti Florentino Peres, həmçinin klub oyunçuları Pepe və Hame Rodriqes iştirak edib. Ronaldu özü bəyin sağdışı olub.
Mendeş Portuqaliyanın ən varlı adamlarından biridir. Ronaldo, Rodriqes, Radamal Falkao, Anxel Di Mariya, Tyaqo Silva kimi futbolçuların transferindən o, 100 milyon avro qazanıb.
İyulda ESPN jurnalının dərc etdiyi jurnalda o, futbol dünyasının ən nüfuzlu üzvləri reytinqində ikinci yeri tutmuşdu. Birinci yerə UEFA prezidenti Mişel Platini layiq görülmüşdü.



