
İnternetdə sabiq Liviya lideri Müammər Qəzzafinin oğlunun həbsxanada alçaldılmasının görüntüləri yayılıb. APA TV-nin məlumatına görə, 10 dəqiqəlik görüntülər Sədi Qəzzafinin Liviyada saxlanıldığı həbsxanada çəkilib. Həbsxana nəzarətçiləri olduqları ehtimal edilən şəxslər onu vurur, işgəncə verirlər.
Liviya hakimiyyəti bu görüntülərlə bağlı araşdırmalara başlayıb. Tripolinin prokuroru bildirib ki, videodakı adamların şəxsiyyəti dəqiqləşdiriləcək.
Qeyd edək ki, Sədi Qəzzafi Liviyanı 2011-ci ildə tərk edib. O, 2012-ci ildə Nigerdə həbs edilib və ölkəsinə təhvil verilib. Sədi Qəddafi futbolçunun qətlində və digər cinayətlərdə ittiham olunur.



