
Rusiya kəşfiyyatının 1300-dən çox hərbçisi Ermənistanda, Şimali Qafqazda, Volqoqrad əyalətində təlimlərə başlayıb.
Avropa.info xəbər verir ki, “şərti düşmənin arxasında” adını alan təlimin başlaması haqda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsindən məlumat veriblər.
Hərbi qurumun ictimaiyyətə açıqlamasında deyilir:
“Cənub hərbi dairəsinin Volqoqrad, Stavropol, Şimali Osetiya, Qaraçay-Çərkəz və Ermənistanda yerləşən beş poliqonunda kəşfiyyat qoşunları genişmiqyaslı səhra təlimlərinə başlayıb. Təlimə 1300-dən çox hərbçi, 300 ədəd texnika cəlb olunub”.



