
Bakı Metropolitenində vahid kart sisteminə keçəcək.
Bu barədə metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq vahid kartlar hazırdır.
“Bu ayın 6-da vahid kart sisteminə keçidlə bağlı təqdimat mərasimi keçiriləcək. Tədbir saat 11-də metronun “28 may” stansiyasının ikinci çıxışında baş tutacaq”, – deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, vahid gediş kartları vasitəsilə həm metropolitendən, həm də digər sərnişin nəqliyyat vasitələrindən istifadə oluna bilər.



