
“Qəbələ” – “Apollon” oyununa 2-ci UEFA nümayəndəsi təyin edilib.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat məhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilmiş “Apollon” – “Qəbələ” oyunu zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı avqustun 6-da Bakıda keçiriləcək “Qəbələ” – “Apollon” oyununa əlavə olaraq daha bir UEFA nümayəndəsi təyin edib.
“Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq.



