"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hillari Klinton İsrailin müdafiəsində Netanyahunu da keçdi

10 Avqust 2014 - 20:41
in XƏBƏR LENTİ

Avropa antisemitizmdə, media isə qərəzli olmaqda ittiham edildiimg1616406

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“The Times of İsrael” qəzetinin suallarını cavablandıran ABŞ-ın keçmiş dövlət katibi (2009-2013) Hillari Klinton İsrailin baş naziri Benyamin Netanyahunu müdafiə etdiyini bildirib. Hillari Klintonun ABŞ prezidentliyinə namizəd ola biləcəyini vurğulayan qəzet “islam ekstremizmi“ ifadəsini məqalə boyu dönə-dönə işlədib.

ABŞ-ın keçmiş dövlət katibi İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları dəstəkləyib, baş verən münaqişəyə və gərginliyə görə bütün günahları “Həmas“in üzərinə qoyub. Uşaqların ölümünə görə də Həmasi ittiham edib, günahsız insanların qətlində də Həması suçlayıb. Onun dediyinə görə İsrail isə Həmasdan fərqli olaraq öz xalqını müdafiə edir və bölgədə sülhə nail olmağa can atır.
Hilları Kliton bildirib ki, indi ABŞ islam terrorizminə qarşı bir vaxtlar kommunizmə qarşı apardığı kimi, kəskin mübarizə aparmalıdır.
O, deyib ki, Suriyada Bəşər Əsədə qarşı üsyan qalxanda Obama administrasiyası üsyançılara dərhal kömək etmədi. Nəticədə cihadçılar Bəşər Əsədə qarşı mübarizədə irəli çıxdılar.
Xanım Hillari bildirib ki, Barak Obama xarici siyasətdə həddən artıq ehtiyatlı addımlar atır: “Böyük xalqlar böyük prinsiplərə söykənməlidir, axmaq hərəkətlər həyata keçirməməlidir“.
Xanım Klinton bildirib ki, İsraillə savaşda olan Həmasın aqressiv davranışları onu heyrətdə qoyub.
İsrailin Fələstinə endirdiyi zərbələrin qeyri-adekvat olması ilə bağlı suala da Hillari Klinton yəhudilərin belə həsəd aparacağı  şəkildə cavab verib: “İsrail Qəzzadan atılan raket hücumlarına məruz qalmışdı. Həmasın atdığı addımlar, tunellərin qazılması, raketlərin yaradılması başa düşülən deyil. Həm də onlar bu kimi fəaliyyətlə mülkü adamların yaşadığı yerlərdə məşğul olurlar. Əlbəttə, İsrail, ABŞ və ya istənilən demokratik ölkə kimi mülki şəxslər arasında itkiləri minimuma endirməyə çalışmalıdır“.
ABŞ-ın keçmiş dövlət katibi bir az da irəli gedib. Sanki Qəzzada qətl edilənlərin sayının 2 min nəfəri ötməsindən xəbərsiz kimi görünərək deyib: “İndi biz İsrailə qarşı beynəlxalq səviyyədə mənfi reaksiyanı aydın görürük. Bu reaksiya yersizdir və ədalətli deyil. Və İsrail mülki şəxslər arasında itkilərin minimum olmasına çalışır“.
“ Düşünürəm ki, İsrail etməli olduğu işi görüb. Raket hücumuna məruz qalan vətəndaşların və ərazisini qoruyub. Bu isə sadə hərbi əməliyyat deyil, ona görə də çətinliklər var. Xüsusən Həmasın inşa etdiyi tunellər problem yaradır. Əgər Həmas öz mülkü vətəndaşlarının qayğısına qalsaydı hava hücumundan qorunmaq üçün bunkerlər tikərdi, onlarsa İsrailə hücum etmək üçün tunellər salıblar“.
Onun fikrincə, dünyada antisemitizmin güclənməsi fonunda beynəlxalq ictimaiyyətin İsrailə münasibəti daha çox qərəzli oldu…
Xanım Klinton Avropada İsrail əleyhinə olan mitinqlərə də etirazını bildirib. O, bunu da Avropada hələ də antisemitizmin dəbdə olması ilə izah etməyə çalışıb. Media da bu iddialı xanımın qəzəbinə gəlib: ”Dünya mediası münaqişəni qərəzli və birtərəfli işıqlandırır…Bir qayda olaraq Həmasın dünyaya göstərmək istədiklərinə Qərb jurnalistlərinin girişi olur. Və tamaşaçılar həmin məqamları televiziyalarda izləyirlər. Bu təbliğatın köhnə variantıdır, İsrail isə bu cür təbliğatdan istifadə edə bilmir”…
“Bəli, bu doğrudur ki, İsrailə qarşı antisemitizmdən irəli gələn mənfi münasibət var. İsrail güclü dövlətdir, həqiqətən də güclü silahlanıb. Həmas isə özünü fələstinlilərin müdafiəçisi kimi təqdim edir. Nümayiş etdirir ki, suveren dövlət qurmaq uğrunda savaşır. Əlbəttə, bunlar təbliğatdır. Məqsədsə odur ki, Fələstini müstəqil dövlət kimi tanısınlar …”
Elbəyi Həsənli (Sürix)
P.S Hillari Klinton qəzetə onu da bildirib ki, İranın nüvə texnologiyası üçün uranın zəginləşdirilməsinə yönəlmiş cəhdlərinin qarşısının alınması tərəfdarıdr.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Neftçi” Naxçıvandan böyük hesablı məğlubiyyətlə qayıdır

Next Post

Ərdoğan 56 faiz səs toplayıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan 56 faiz səs toplayıb

Tayyib Ərdoğan Türkiyənin 12-ci prezidenti seçildi - yenilənib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.