Suriya prezidenti Bəşər Əsəd baş nazir Vail əl-Halkiyə ölkənin yeni hökumətini formalaşdırmağı tapşırıb.

Milli.Az bildirir ki, bu barədə Suriyanın SANA agentliyi xəbər yayıb.
Vail əl-Halki Suriya hökumətinə 2012-ci ilin avqust ayından başçılıq edir.
Suriyada prezident seçkiləri bu il iyunun 3-də baş tutmuş və Bəşər Əsəd yenidən ölkənin başçısı seçilmişdi.



