"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünya Bankının neftlə bağlı bədbin proqnozu Azərbaycana nə vəd edir?

13 Avqust 2015 - 15:20
in İQTİSADİYYAT

Dünya Bankının neftlə bağlı bədbin proqnozu Azərbaycana nə vəd edir?

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

İlham Şaban: “İranın 1 milyon barel neft ixracını bərpa etməsi dünya bazarında təklifin artmasına və neftin ucuzlaşmasına səbəb olacaq”

Dünya Bankı neftin qiyməti ilə bağlı daha bir bədbin proqnoz açıqlayıb. Bu qurumun açıqladığı hesabatda qeyd edilir ki, İrana tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılması neftin qiymətlərinin daha da aşağı düşməsinə səbəb olacaq.
Dünya Bankından verilən məlumata görə, İranın dünya bazarına tamamilə geri qayıdışı bazara gündəlik əlavə 1 milyon barel neft çıxmasına səbəb olacaq ki, bu da  gələn il neftin 1  barelinin qiymətini təxminən 10 dollar aşağı salacaq.
Dünya Bankının təxminləri doğru çıxarsa, hazırkı neft qiymətlərinin 21 faiz düşməsi gözlənilir, yəni neft indiki qiyməti olan 49 dollardan 10 dollar  ucuz, 39 dollara satılacaq. Hazırda neftin qiymətinə təsir edən bir çox iqtisadi amilləri də nəzərə alsaq, ümumilikdə proqnozlar olduqca bədbindir.
Bəs, bu durum iqtisadiyyatı neftdən asılı olan ölkələr, o cümlədən, Azərbaycan üçün nə vəd edir? Dünya Bankının proqnozları dorğu çıxarsa, növbəti il, dünya bazarında vəziyyət necə olacaq?
Musavat.com-un suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Dünya Bankı digər maliyyə institutları, beyin mərkəzləri ilə müqayisədə daha dəqiq proqnozlar verir və bu proqnozlar özünü bazarda doğruldur: “Bundan əlavə, bu qurum hər rüb situasiydan asılı olaraq, öz proqnozlarını korrektə edir. İlin ikinci yarısında edilmiş, düzəlişlər İranla “altılıq” arasında əldə edilmiş razılaşmaya, İranın yenidən dünya bazarına qayıdışı ilə bağlıdır. Məhz iyulun 14-də razılaşma əldə edildikdən sonra neftin qiymətində bir eniş dövrü yaşanmağa başladı. Bu məsələ dünya mediasında müxtəlif səpkidə yozulmaqdadır. Dünya Bankının ekspertləri hesab edir ki, İranın neft bazarında mövqelərini yenidən bərqərar etməsi, yəni 2012-ci ildə sanksiyalar nəticəsində İranın 1 milyon barel neft ixracını dayandırması, 2016-cı ilin birinci yarısında isə bu mövqeyini bərpa etməsi ona gətirib, çıxaracaq ki, bu bazara öz təsirini göstərəcək. Bu, təkcə bazarda təklifin artması, tələbin azalması qanunu ilə əlaqədar olmayacaq. İlin əvvəlində gedən iqtisadi proseslər də qara qızılın qiymətinə öz neqativ təsirini göstərəcək. Nəticədə Dünya Bankının ekspertləri hesab edir ki, əvvəlki proqnozlar, yəni neftin orta qiymətinin  növbəti il 66 dollar olacağı ehtimalı, 56 dollara qədər enə bilər. Nəticədə gələn il üçün orta qiymətin 56 dollar olacağını göstərirlər. Ancaq başqa bir məsələ odur ki, cari il üçün Dünya Bankının Brend markalı neft üçün orta qiymət proqnozu 57 dollardan bir qədər yüksəkdir. Gələn il üçün faktiki neftin qiyməti stabil proqnozlaşdırılır”.
Ekspert onu da vurğuladı ki, hazırki dövrdə neftin qiymətinə təsir edən amillərə nəzər salsaq, görərik ki, artıq dünya bazarında “qara qızıl”ın dəyəri siyasi hadisələrdən, münaqişələrdən deyil, iqtisadi proseslərdən asılıdır: “Məsələn, ərəb ölkələrində hazırda baş verənlər, İŞİD terror təşkilarının ortaya çıxması, Yaxın Şərqdəki proseslərə təsiri, hətta Türkiyə sərhəddinə qədər gəlib çatması belə, neftin qiymətinə təsir etmir. Əvvəl belə idi ki, neft hasil edilən, neft borularının keçdiyi ərazilər, neftin saxlandığı yerlərdə hansısa münaqişə ocağının yaranması neftin bahalaşmasına təsir edən amillərdən sayılırdı. Ancaq biz son 14 ayda onu müşahidə edirik ki, artıq dünyada münaqişələr neftin qiymətinin saxlanmasına təsir etmir, hətta müharibə səviyyəsinə çatan münaqişələr belə, arxa plana keçirlər.
Hazırda neftin qiymətinin formalaşmasında Amerika Enerji Agentliyinin bu ölkənin enerji ehtiyatları, Çinin iqtisadi vəziyyəti ilə bağlı açıqlamaları, Fond Birjasının vəziyyəti ilə bağlı statistikanın açıqlanması rol oynayır. Bu kimi iqtisadi xəbərlər birjalara o qədər ciddi təsir edir ki, bir günün ərzində neft bəzən 2 dollara qədər ucuzlaşa bilər. Ancaq heç bir terror aktı, hansısa şəhərin bombalanması neft amilinə təsir etmir. Buradan çıxarılan nəticə odur ki, artıq neftin 100 dollardan baha satıldığı zaman yaranan köpük, bazardan götürülüb”.
Bu durumun Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, İlham Şaban bildirdi ki, ölkə iqtisadiyyatının 90 faizi neft ixracatından asılı olduğu üçün neftin ucuzlaşmasının arzuolunmaz təsirləri də qaçılmazdır: “Əgər biz bu ilin birinci  yarısının nəticələrini əsas götürsək, belə nəticəyə gəlmək olar ki, neft gəlirlərimiz 2 dəfə azalıb. Bu da neftin qiyməti ilə bağlıdır. Neft gəlirlərinin azalması özünü büdcə xərclmələrində göstərir. Bu il büdcə xərcləmələri 21,1 milyard nəzərdə tutulmuşdu. Ancaq ilin birinci yarısında xərcləmələr 8,6 milyard manat olub. İlin sonuna qədər bu rəqəm iki dəfə artasa, 17 milyard olur, 4 milyard isə qənaət edilir. Bu qənaət isə infrastruktur layihələrinin, tikintilərin təxirə salınması hesabına baş verib. Bu il nə məktəb tikintisi, nə xəstəxanaların təmiri əvvəlki səviyyədə aparılmayıb. Bütün bunlar xərclərin azaldılması məqsədi daşıyır. Maliyyə naziri də bildirib ki, gələn il büdcə formalaşdırılarkən neftin qiyməti 50 dollardan hesablanacaq.
Faktiki olaraq, builki, tendensiya, investisiya xərclərində ixtisarlar və qənaət gələn il də davam edəcək. Yəni, ölkə praktiki olaraq, neftin aşağı qiymətlərində yaşamaq dövrünə uyğunlaşmağa başlayır. Neftin ucuzlaşması  ölkənin bütün sahələrinə təsir edib. Təkcə bu ilin birinci yarımilində Vergilər Nazirliyinin xətti ilə vergi toplamaları 300 milyon manat azalıb. Bu isə o deməkdir ki, insanların iqtisadi aktivliyi azalıb. Qeyri-neft sektorunun inkişafı isə yalnız rəqəmlərlə ifadə olunur, ortada heç bir real göstərici yoxdur”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mərhum prezidentin qızı ölkədə ən zəngin adamdır

Next Post

Viktor Yanukoviçin oğlu saxtakarlıqda günahlandırılır

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Viktor Yanukoviçin oğlu saxtakarlıqda günahlandırılır

“Mançester Yunayted”dən “Bavariya”lı üçün 50 milyon avroluq təklif

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.