
“Bu ifadəm başqalarına xas deyil. Əgər kimsə bu sözü öz üzərinə götürübsə, hamıdan üzr istəyirəm”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan media nümayəndələri ilə görüşündə bildirib. O, sosial şəbəkədə jurnalistlərin ünvanına yazdığı “kenquru” ifadəsinə aydınlıq gətirərək bildirib ki, həmin ifadəni bütün jurnalistlərə deyil, bir müddət bundan öncə aralarında qalmaqal yaranan jurnalist İsa Şükürova aid edib.
Müğənni yaranan qalmaqallar üzündən İnstaqram səhfəsini bağlamaq istədiyini də bildirib:
“Səhifəmdə paylaşdıqlarımı götürüb xəbər edirlər. Belə getsə İnstaqram səhifəmi də bağlayacam”.
Qeyd edək ki, avqustun 21 və 22-də Yaşıl teatrda “Kevents Group”un təşkilatçılığı ilə Röya Ayxanın konserti olacaq.



