“Divan Deluks” otelində müğənni Röya Ayxanın konsert öncəsi mətbuat konfransı keçirilib.
Axar.az xəbər verir ki, mətbuat konfransında avqust ayının 21-22-i Yaşıl Teatrda baş tutacaq konsert haqda ətraflı məlumat verilib.
Mətbuat konfransını açan Röya Ayxanın köməkçisi Kənan qonaqları salamlayıb, Yaşıl Teatrda baş tutacaq möhtəşəm konsertdən və günün repertuarından danışıb: “Bu konsert çox möhtəşəm olacaq. Konsertdə köhnə mahnıların yeni versiyaları və çoxsaylı yeni mahnılar təqdim ediləcək”.
Röya Ayxan da konsertə hazırlığından və sənət fəaliyyətindən söz açıb: “Konsertdə rahat və fərqli geyinmək istəyirəm. Deyirlər ki, ay ərzində 1 milyon, 700-800 min qazanıram. Onun Röya: “… Qalan məbləğ klipə, studiyaya, aranjemana sərf olunur”.
Müğənni yeni layihələri ilə bağlı Axar.az-a danışıb: “Türkiyədə işlərim var idi. Bir neçə şirkətlə əməkdaşlıq edirəm. Bu dəfə daha sərt bir hücuma keçəcəyik”.