
Qeyri-qanuni yollarla bu gün səhər saat 06:00 radələrində Türkiyənin Bodrum şəhərindən Yunanıstanın Kos adasına doğru istiqamət alan qaçqın gəmisi batıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib.
Hadisəni görən Sahil Təhlükəsizlik komandasının üzvləri 25 nəfərin həyatını qurtara bilib. Aralarında vəziyyəti ağır olan 3 nəfər təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya göndərilib.
Komanda dənizdə başqa qanunsuz gəmilərin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.



