"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərzaq məhsullarının hamısının qiyməti qalxdı: 25-30 faiz… – FOTOLAR

19 Avqust 2015 - 13:04
in XƏBƏR LENTİ

Ərzaq məhsullarının hamısının qiyməti qalxdı: 25-30 faiz... - FOTOLAR

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb. 
Musavat.com-un məlumatına görə, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran “Azərsun” Holdinqdir. Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən “Azərsun” Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib.
Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik “Azərçay” artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.
Qeyd edək ki, “Azərsun” Holdinq ölkə bazarına “Bizim süfrə”, “Azərduz”, “Pasha”, “Super Sun”, “Bostan”, “Berqa”, “Aura”, “Bizim tarla”, “Sun”, “Möcüzə”, “Teksun”, “Saville” markaları ilə çeşidli məhsullar çıxarır.
Mağaza işçiləri ilə söhbətimizdə qiymətləri qalxan digər məhsullarla da bağlı məlumatlar öyrəndik.
Qiymətləri ilk olaraq qaldıran şirkətlərdən biri “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-dir. Bu MMC-yə məxsus məhsulların qiymətləri 35 faiz qaldırılıb.
Qeyd edək ki, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC bazara “Oral-B Pro-flex” diş fırçası, “Duracell” batareyası, “Ariel” yuyucu tozu, “Blend-a-med Pro-expert” diş məcunu, “Pampers” və bir çox məhsullar çıxarır.
Son 5 gün ərzində qiymətləri bir neçə dəfə qaldıran firma isə “Milla” süd məhsullarıdır. Belə ki, ötən həftənin son günündə qiymətləri 10 faiz qaldıran “Milla” avqustun 17-də qiymətləri növbəti dəfə 5 faiz artırıb. Hazırda “Milla” süd məhsulları minimum 15 faiz bahalaşıb.
Qiymətləri qaldıran böyük firmalar arasında “Avrora” da var. Bu firma Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdansatışı ilə məşğul olur. Bazarda kifayət qədər tanınmış “Tanelli”, “Doymak”, “Laferella” markalı makaronlar bu firmanın məhsullarıdır. “Avrora” firması qiymətləri 15-25 fazi arasında qaldırıb.
“Səba” firması da toyuq məhsullarının qiymətini 15-20 faiz bahalaşdırıb.
“Cahan” Holdinqin məhsullarının da yaxın günlərdə bahalaşacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.
Xatırladaq ki, bu ilin fevral ayında manatın 35 faiz devalvasiyası zamanı qiymətlərin də qalxacağı deyilirdi. Lakin ölkə rəhbərliyinin məsələyə müdaxiləsindən sonra qiymət artımlarının qarşısı alındı. Qiymətlərin növbəti artım mərhələsi kimi Bakıda keçirilən I Avropa Oyunlarının sona çatması göstərilirdi. Gəzən söz-söhbətlərdə qiymətlərin I Avropa Oyunlarından sonra qalxacağı deyilirdi. Və gözlənilən oldu.
Mağaza satıcıları ilə söhbətimizdə onu da eşitdik ki, qiymətləri ilk qaldıran firmalar I Avropa Oyunlarına sponsorluq edən firmalar olub. Bunların siyahısında “Milla”, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC, “Azərsun” Holdinq ilk sıralardadır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Əli Kərimli partiya sədrliyindən getməlidir”- Razi Nurullayev

Next Post

Rusiya ordusu bütün Qafqazda hərbi təlimlərə başlayıb – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya ordusu bütün Qafqazda hərbi təlimlərə başlayıb - FOTOLAR

Avropa Birliyi miqrantların axını ilə üzləşib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.