
Avropa Birliyi sərhədlərində toplanan miqrantların sayı rekord həddə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyinin nümayəndəsi öz açıqlamasında bildirib.
İyul ayında Avropa Birliyinin sərhədlərinə rekord həddə – 107500 insan toplanıb. Bu, 2008-ci ildən sonra ortaya çıxan ən yuxarı həddir.
Təkcə Almaniyada siyasi sığınacaq almaq istəyən miqrantların sayı 750 min nəfərdir.
Qeyd edək ki, Almaniya hökuməti sığınacaq üçün müraciət edənlərin sayının təqribən 450 min olacağını düşünürdü.



