"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tələbə qəbulunda az bal bəlası

19 Avqust 2015 - 16:25
in XƏBƏR LENTİ

Tələbə qəbulunda az bal bəlası

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Artıq 2015-ci ildə ali məktəblərə I mərhələ üzrə qəbul prosesi yekunlaşıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı statistikaya əsasən, bu mərhələdə 32276 nəfər tələbə adı qazanıb və ayrılan plan yerləri 83.12 faiz dolub. Hazırda isə boş qalmış yerlərə (6555 yer) ixtisas seçimi davam edir.
Onu da bildirək ki, ali məktəblərə qəbul olan şəxslərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Qəbul nəticəsində hər bir ixtisas üzrə  formalaşmış keçid balları da həmin jurnalda qeyd olunub. Elə bu məlumatlarla tanışlıq bizdə şok effekti yaradacaq bir məsələyə diqqət ayırmağımıza sövq etdi.
Belə ki, Azərbaycan və rus bölmələrinə müsabiqə zamanı ikili yanaşmanın mövcud olduğu və nəticədə rus bölməsinə sənəd verənlərin əksər ixtisaslara daha asan, yəni daha az balla qəbul olmasına süni şərait yaradıldığı üzə çıxır.  Gəlin onlarla belə nümunənin bir neçəsi ilə tanış olaq: Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “fizika müəllimliyi” ixtisasına Azərbaycan bölməsində qəbul olan ən minimal bal 425 olduğu halda, rus bölməsində bu 202 baldır. Həmin universitetin “riyaziyyat müəllimliyi”nə Azərbaycan bölməsində 507 bal, rus bölməsində isə 202 bal, “Tarix müəllimliyi”nə 546 bal, rus bölməsində 288 bal, “Coğrafiya  müəllimi” ixtisasına  440 bal, rus bölməsində 200 bal, “Sosiologiya” ixtisasında Azərbaycan bölməsində 455 bal, rus bölməsində  212 bal, hüquqşünaslıqda Azərbaycan bölməsində 507 bal, rus bölməsində 256 bal olub. Kəskin fərq Azərbaycan Dövlət Neft Akademiyasının əksər ixtisaslarında da müşahidə olunur. Məsələn, “Elektroenergetika mühəndisliyi” ixtisasının Azərbaycan bölməsinə qəbul olan sonuncu abituriyentin balı 455 bal olduğu halda, rus bölməsinin həmin ixtisasının keçid balı 238 formalaşmışdır.  “Elektrik mühəndisli” ixtisasında bu fərq müvafiq olaraq 416 və 253 bal təşkil edir. Azərbaycan Dövlət İqtisad Universitetində də bu sahədə vəziyyət ürəkaçan deyil. “Beynəlxalq münasibətlər” (438 bal), “Maliyyə” (415 bal), “İnformasiya texnologiyalar və sistemləri mühəndisliyi” (519 bal ) ixtisaslarında keçid balı yüksək olsa da, rus bölməsi üzrə həmin ixtisaslara keçid balı müvafiq olaraq 288, 288 və 258 bal olub.
Beləliklə, bəzi ixtisasları çıxmaq şərti ilə, demək olar birgə müsabiqə aparılmayan bütün ixtisaslarda rus bölməsinin bu cür “üstünlüyü” göz qabağındadır. Bəs bu ikili standartın yaranmasına yol açan səbəb nədir?  Azərbaycanda 2015-ci ildə ali məktəblərin ixtisas seçimində iştirak hüququ olan abituriyentlərin (38799 nəfər)  təqribən 11 faizi (3665 nəfər) rus bölməsi abituriyenti olduğu halda onlara bu cür xüsusi vəziyyət niyə yaradılmalıdır?
2013-cü ildə  TQDK tərəfindən qəbul imtahanlarının elmi-statistik  təhlilinə həsr olunmuş “Abituriyent” jurnalının 12-ci sayında belə bir qeyd var: “Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2013-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 6.37  artmışdır. 2013-cü ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56.26 faizini təşkil etmişdir. Azərbaycan və rus bölmələri abituriyentlərinin müsabiqədə birgə iştirak etməsi müsbət nəticə verir. Çünki hər iki bölmənin abituriyentləri bəzən eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tamamilə fərqli keçid balları formalaşır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.
Həmin jurnalın  2014-cü il üzrə eyni buraxılışında isə başqa mənzərə ilə tanış oluruq: “2014-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 74.44 fazi azalmışdır. 2013-cü ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 13.87 faizini təşkil etmişdir”.
Beləliklə, məlum olur ki, plan yerlərində birgə müsabiqə aparılan ixtisasların sayında kəskin azaldılma, başqa sözlə rus bölməsinə imtiyazlı şəraitin yaradılmasına 2014-cü ildən başlanıb. Və bu il də vəziyyət dəyişməyib. Göründüyü kimi rus bölməsinə ayrılan plan yerləri ayrıca olduqda orada fərqli müsabiqə vəziyyəti yaranır, nəticədə rus bölməsində oxuyanlar daha az balla qəbul oluna bilirlər. Amma müsabiqənin birgə aparıldığı plan yerlərində belə hal baş vermir. Məsələn Tibb ixtisaslarında olduğu kimi.
Nəticə göz qabağındadır. Rus bölməsində I mərhələdə ixtisas seçimində iştirak eləmiş şəxslərin az qala hamısı ali məktəbə qəbul olub, bundan başqa demək olar bütün ali məktəblərin rus bölməsi üzrə plan yerləri boş qalıb. Azərbaycan bölməsində isə əksinə, əsasən özəl və regional ali məktəblərdə boş yerlər qalıb. Qaydalara əsasən, Azərbaycan bölməsi rus bölməsinin yerlərinə sənəd verə bilməz.
Bəs belə halda , olmazdımı ki, hər iki bölmənin abituriyentləri üçün plan yerləri birgə müsabiqə üçün ayrılaydı və həmin yerlərə bölməsindən asılı olmayaraq bərabər prinsiplərlə  qəbul aparılaydı. TQDK özünün yuxarıda qeyd etdiyimiz kimi, müsbət qiymətləndirdiyi bu birgə müsabiqə aparılması qaydasının tətbiq olunmamasına niyə şərait yaradır.
Komissiyanın mətbuat xidmətindən bu suallarımıza çox qısa cavab verdilər: “Plan yerlərinin təsdiqi TQDK-nın səlahiyyətlərinə aid deyil”. Bəs onda Komissiya haraya baxır?
Məsələyə münasibət bildirən ekspert Etibar Əliyev isə deyir ki, rus bölməsi abitiriyentlərinə bu imtiyazın verilməsi başadüşülən deyil: “Sovet dönəmində ən yaxsı təhsil rus bölməsində idi. Hətta rus bölməsində ən savadlı uşaqlar oxuyurdu. Rus bölməsində təhsilin keyfiyyəti Azərbaycan bölməsində təsilin keyfiyyətindən fərqlənirdi. İndi isə vəziyyət fərqlidir. Nazirlər Kabiteni tərəfindən plan yerləri təsdiqlənir və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  həmin plan yerləri əsasında qəbul aparır. Plan yerlərinin dolması üçün az balla da tələbə qəbul edilir. Amma 200 balla təbiət elmlərinə aid ixtisas qəbul olunan tələbənin necə təhsil alacağı maraqlıdır. Həmçinin, rus dili fənninin orta məktəblərdə xarici dil kimi tədris olunduğu şəraitdə, rus bölməsinə ayrıca plan yeri ayrılmasına nə dərəcədə zərurət olduğu araşdırılmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Riyad-farm”ın bağlanmasının pərdəarxası – 24 milyon “batdı”

Next Post

MDB dövlət başçıları oktyabrın 16-da Astanada toplanacaqlar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

MDB dövlət başçıları oktyabrın 16-da Astanada toplanacaqlar

İngiltərə klubu Burak Yılmaza rəsmi təklif göndərib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.