AİM.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu günlərdə Ermənistandakı konstitusiya islahatları ilə bağlı həyata keçirilən dövlət tədbirləri yerli ictimaiyyət tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılanır. Bütün bunları Serj Sarkisyanın növbəti hiyləğərliyi kimi dəyərləndirən erməni mediası yazır:
“Sinoptiklərin verdiyi xəbərə görə, bü gündən Ermənistanda havalar soyuq keçəcək. Bu isə o deməkdir ki, ölkədə yeni teatr sezonu start götürür. Bu dəfəki mövzu konstitusiya islahatlarıdır. Bu layihə dünən prezident administrasiyasına, oradan da dərhal Milli yığıncağa verilib.
Buna kimi Robert Köçəryan 2008-ci il seçkilərindən sonra yenidən hakimiyyətə gəlmək məqsədilə xeyli “islahatlar” aparmışdı. Amma o, “nümunə” ola bilmədi. On ildən sonra Serj Sarkisyan da hakimiyyəti özündə mərkəzləşdirmək məqsədilə konstitusiyanı dəyişir.
Müxtəlif qrupların öz ambisiyaları var. Dəfələrlə yüksək dövlət postunu tutmaq niyyətində olmadığını bildirsə də, S.Sarkisyan bu ambisiyaları öz məqsədləri naminə müsbət qarşılayır və eyni zamanda sistemə təsir imkanlarını saxlamağa çalışır. Politoloqlar bildirirlər ki, islahatlardan sonra hakim partiya faktiki olaraq hakimiyyət zonasını tamamilə zəbt edəcək və “hakim” kimi təşəbbüsü ələ keçirəcək. Nəticədə sistemdaxili təhlükələr minimuma endiriləcək.
Müxalifət bu planı poza biləcəkmi? Mövqe savaşı hansı istiqamətdə gedəcək? Buvaxtadək müxalifətin mübarizəsi hakim sistemin mövqelərinin bərkiməsi və proqramlarının icrası ilə nəticələnib. Siyasət də elə nəticələrlə ölçülür. O üzdən ndiki məqamda yeni notların yaranacağına inanmaq çətindir. Bu isə o deməkdir ki, erməniləri artıq iyirmi ildir davam edən və ölkənin siyasi həyatını tam çılpaqlığı ilə nümayiş etdirən “sirk” gözləyir…”
AİM.Az



