AİM.Az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya rəhbərliyi bəzi “zəif və həssas” ərazilərə nəzarəti gücləndirib.
Rusiyanın baş naziri Dmitri Medvedyev jurnalistlərə məlumat verib ki, bundan sonra dövlət rəsmiləri Rusiya xəritəsindəki “həlledici” ərazilərə mütəmadi baş çəkmələri haqqında rəhbərliyə ardıcıl informasiyalar verəcəklər.
Bu barədə şəxsən onun özü dövlət rəsmilərini təlimatlandırıb:
“Uzaq Şərq regionuna, o cümlədən Kuril adalarına, Kalininqrad vilayətinə, Qafqaza və Krıma tez-tez getmək və mövcud vəziyyətlə əlaqədar operativ məlumatlar ötürmək qarşınızda dayanan ən mühüm məsələdir. Bu ərazilər yüksək diqqət tələb edən yerlərdir,”- deyə Dmitri Medvedyev bildirib.
AİM.Az



