AİM.Az xəbər verir ki, Rusiya koreya limanlarında olan balıqçı gəmilərinə yarımadanı təcili tərk etmək və açıq dənizə çıxmaq haqqında göstəriş verib.Bu göstərişdə, ümumiyyətlə, Cənubi Koreya və KXDR-in ərazilərinə girişi məhdudlaşdırmaq tövsiyə olunur.
Buna səbəb avqustun 20-də KXDR tərəfindən Cənubi Koreya ərazisinin artilleriya hücumuna məruz qalmasıdır. Cənubi Koreya ordusu təqribən 30 dəfə artilleriya qurğuları ilə cavab atəşi açıb və bildirib ki, onlar səbəbsiz yerə hücuma məruz qalıblar. Hər iki tərəf bir-birini təxribatda günahlandırır və zora zorla cavab verəcəklərini dilə gətirir.
Bu səbəbdən Rusiya koreya limanlarında təmirə dayanan, yük boşaldan və əksinə, yüklənən gəmilərinə şəxsi heyətin sahilə çıxmaması, o cümlədən bu ərazilərdən təcili uzaqlaşmaq haqqında təlimat göndərib.
AİM.Az



