"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sunami gəldisə, qaçış yoxdur” – Elşən Musayevdən ilginc devalvasiya şərhi

24 Avqust 2015 - 17:18
in XƏBƏR LENTİ

“Sunami gəldisə, qaçış yoxdur” – Elşən Musayevdən ilginc devalvasiya şərhi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Partiya sədri: Qərblə Putin arasında olan konfliktin “zibil”inə keçmişik

Insanların bir həqiqəti dərk etməsi gərək: Siyasi proseslərdən fərqli olaraq iqtisadi sferada qəfil dalğanı önləmək, ertələmək  kimi bir president mövcud deyil. Ən uzağı fırlanıb axırıncı sırada dayana bilərsən. Zərbə ən son sənə dəysin deyə. Vəssalam. Başqa çıxış yolu yoxdur.
Və paralel olaraq Azərbaycan vətəndaşının daha bir əminliyə köklənməsi lazım: Dövlət, öz əlində olan bütün resursları səfərbər edib. Ehtiyat fondundan tutmuş real (təbii) büdcə imkanlarına qədər. Ki, devalvasiya küləyi barı üzərimizdən çovğun deyil meh şəklində əssin. Kritika –  faciə etapına doğru irəliləməsin. Ən kiçik ziyanla, ən yüngül zədə ilə prosesi ötüşdürmək mümkün olsun.
Əslində isə ziddiyyətin mənbəyi stimullaşmayana qədər bu proseslərdən yan qaçmaq  lüksümüz yoxdur. O ziddiyyət ki, Qərb ilə Putin arasında yaşanan konfliktin təzahürüdür, bütün dünyanı, Avropanı, post – sovet ölkələrini öz “zibil”inə sarıb, sarsıdıb, tükədib, bezdirib! Yəni hədəf Putini çökdürməkdir və bu iki qüvvə öz aralarında kompromisə getməsə ya da hansısa tərəf “ağ bayraq” qaldırmasa bəşəriyyət adına yaşanacaq çox bəlaları seyr edəcəyik hələ…
Zatən bir zamanlar SSSR – nin tənəzzülünü də bənzər amillər şərtləndirdi. Məsələn, neft qiymətinin qəfil enişi. Fəqət o zaman dollar asılılığı deyə bir şey yox idi. Çünki dövlətlərin öz aralarında idxal mübadiləsi, rublun bir deyil, bir neçə ölkə üçün işlək valyuta olması prosesi azacıq da olsa kompensasiya edirdi. Amma bütün bu nüanslar nəticəyə ciddi təsir göstərmədi.  Qərb niyyətinə vardı. Sovet İmperiyası dağıldı. Düzdür, prosesin sürətlənməsində, ələlxüsus da büdcənin talan olunmasında Qorboçovun mənasız “yenidənqurma” tezisləri də az rol oynamırdı – necə ki, indi Putin gərəksiz “müharibə estafeti” ilə dövlətin pullarını göyə sovurur – amma yenə də sonuc labüd idi. Və deyəsən bu “labüdlük məntiqi” hazırda Rusiya Prezidentinin də başı üzərində aram-  aram fırlanır. (Hər halda “Forbes” – in son eyhamı sıradan bir məsələ deyil.)
İndi isə qayıdaq bu günki Rusiyaya: büdcədə (ehtiyat fondunda) artıq yetərli geriləmə var. Həmin büdcə Rus – Çeçen müharibəsi ərəfəsində 820 milyard idisə artıq 360 milyarda qədər enib. Düzdür, Putinin siyasi reytinqi hələ 70 faizin üzərindədir. Amma bu faktoru rus liderin ötkəmliyindən daha çox rus xalqının şovinist ruhuna bağlamaq lazım. Onlar belədir: yeməyə bir tikə çörəyi, içməyə bir litr arağı oldusa davam edəcəklər. Çünki, Sovet dövründən qalan rudimentlər (imperialist ruh və təfəkkür) hələ üzərlərindədir.
Fəqət, eyni adlı durumda biz hansı mövqeni sərgiləməliyik? – Əsl dilemma bax budur.
Daxili siyasətimizin bəzi radikal “ağzıgöyçək”ləri Azərbaycan hakimiyyətinə irad tutur ki, beynəlxalq balansı niyə pozmusuz, qoruya bilməmisiniz? Oysa, ortalığa daha bir ritorik  sual çıxır: Balans sizin aləminizdə nədir? Balans necə qorunur? Hakimiyyətdə İlham Əliyev deyil, siz olsaydınız balansı hansı üslubda tənzimləyərdiniz?
Siyasətimiz qərbyönümlüdür. Burası məlum. Amma bu Qərb axı həm də o Qərbdir ki, Saakaşviliyə verdiyi “tırka”nın, Ukrayna xalqına ərz etdiyi vədlərin arxasında dura bilmədi. Sözündən yan qaçdı. Səddamla olan şəxsi konflikti ucbatından İraq boyda dövləti yerlə –  yeksan etdi, ölkəsini yağ – bal içində yaşadan Qəddafini sadəcə estafet gərəyi – aradan götürdü. Putinə dağ çəkmək üçün neftin qiymətini saldı, İranı bağışladı. Şərqi Avropada, Mərkəzi Asiyada baş qatımı, mərkəzdənqaçmalar olsun deyə İŞİD adında son dərəcə amansız bir terror qruplaşmasını yetişdirdi, kürdü qızışdırdı, türkü zəiflətdi, türkməni “qurbanlıq” elədi.
Ya da olsun Rusiya: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizlin açarın bu dövlətin əlində və ovcunda olması kimə aydın, kimə məlum deyil?  Üstəlik nəzərə alsaq ki,  eyni adlı məmləkətdə yaşayıb, qazanıb evinə pul göndərən yüz minlərlə soydaşımızın da taleyi ayrıca bir “söz konusu”dur.
İndi nə deyirsiniz, neyləyək?! Necə edək? Və ya neyləməli idik ki, eləmədik?
Rusiya ilə kəllə – kəlləyə gəlsək, işğal altındakı torpaqlarımızın + bu ölkədə məskunlaşan həmvətənlərimizin  aqibəti anındaca təhlükə altına girəcəkdi.  Qərbə yan çevirsək, ətrafımız saxta və şablon üslublu siyasi, iqtisadi barrikadalarla “bəzənəcəkdi”
Amma bütün bunların heç biri baş vermədi. Ən azından bu günə qədər. Bilirsinizmi niyə? Çünki dövlət,  Prezident yerindədir. Çünki bu ölkənin başbilənləri “Azadlıq”qəzetinin ideoloqları kimi düşünmür. Çünki ortalıqda real “komanda işi” var və bütün məzmun, məram Azərbaycanı, azərbaycanlını hifz etməyə yönəlib.
***
Valyuta dəyişmə məntəqələrində lövbər salan vətəndaşlarımıza səslənirəm: 3 min, 5 min dəyişməklə kar olmaz, əzizlərim! Sunami gəldisə ağac üstündə oturub batan gəmiləri seyr etmək bir şeyi dəyişməz. Batsaq da bərabərik, islansaq da.
Çin boyda iqtisadiyyatı  olan dövlət Qərblə Putinin konfliktindən 35 faizlik inflyasiya, 45 faizlik geriləmə zərbəsi yeyibsə, Azərbaycanı istənilən perspektivdə kimsə qınamasın.
Ümumbəşəri bəladır bu. Hər şeyə hazır olmalıyıq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir

Next Post

Azərbaycanda əhali üçün su normaları təsdiqlənib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda əhali üçün su normaları təsdiqlənib

Mərkəzi Bankın son addımları manatı xilas edəcəkmi? - Ekspert təhlili

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.