"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mərkəzi Bankın son addımları manatı xilas edəcəkmi? – Ekspert təhlili

24 Avqust 2015 - 19:03
in XƏBƏR LENTİ

Mərkəzi Bankın son addımları manatı xilas edəcəkmi? - Ekspert təhlili

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vahid Əhmədov: “Gec-tez manat bazarda öz həqiqi dəyərini tapmalıdır və müəyyən qədər devalvasiyaya getməlidir, yaxşı olar ki, bu, yumşaq devalvasiya yolu ilə olsun”
 
Samir Əliyev: “Mərkəzi Bankın valyuta ehtiyatları azaldığından manevr imkanları da məhduddur və devalvasiyaya getməyə məcbur ola bilər”
Ötən həftənin şənbə günü manatın növbəti dəfə devalvasiyaya uğrama ehtimalı insanların yuxusunu ərşə çəkdi. Həm sadə vətəndaşlar, həm də iqtisadçı ekspertlər ötən şənbə gününü manat üçün kritik gün adlandırdılar. Manatın növbəti dəfə devalvasiyaya gedəcəyi ilə bağlı əsaslandırılmış proqnozlar insanların yenidən valyutadəyişmə məntəqələrinə axın etməsinə səbəb oldu, bir çox məntəqələr müştərilərin üzünə qapadıldı.
Lakin gözlənilənlərin əksinə olaraq, şənbə günü qeyri-iş günü olmasına baxmayaraq Mərkəzi Bank cəmiyyətə məlumat yayaraq, bildirdi ki, vəziyyət nəzarətdədir və banklara dolları rəsmi məzənnədən baha satmamaqla bağlı tapşırıq verilib: “Son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığının olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunmuşdur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən, valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər”.
Bu məlumat bazardakı gərginliyi nisbətən sakitləşdirsə də, devalvasiya ehtimalını istisna etmədi. Üstəgəl neft günə ucuzlaşma ilə başladı və dünya bazarında neftin qiyməti psixoloji hədd olan 45 dollardan da aşağı düşdü.
Mərkəzi Bank isə bu gün gözləntilərin əksinə, daha bir addım ataraq avqustun 24-nə olan rəsmi məzənnədə manatı dollar qarşısında cüzi də olsa, bahalaşdırdı. Belə ki, dolların rəsmi məzənnəsi nisbətən düşərək 1, 0470 (əvvəlki günlərdə 1,0479) manat təşkil etdi. Avro isə manata nəzərən artaraq 1,1994 (əvvəlki günlərdə 1,1814) oldu.
Bəs, görəsən Mərkəzi Bankın atdığı psixoloji addımlar valyuta bazarını dollarlaşmadan xilas edəcəkmi? İnsanların devalvasiya qorxusunu və nəticədə iqtisadiyyatda yaranan problemləri hansı yolla həll etmək mümkündür? Mövcud valyuta ehtiyatları manatı hansı müddətə qədər devalvasiyadan xilas edə bilər?
Musavat.com-a danışan deputat Vahid Əhmədov bildirdi ki, valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank ictimaiyyətə açıq siyasət yürütməlidir: “Ümumiyyətlə, son vaxtlar Mərkəzin Bankın təqdirəlayiq islahatları olub. Komission haqlarının 1 faizə endirilməsi, kredit faizlərinin 25-29 faiz həcmində müəyyənləşdirilməsi və sair lazımi addımlar idi. Ancaq yenə də bank sistemində islahatlara böyük ehtiyac var. İri banklar yaradılmalıdır, maliyyə dövriyyəsi kiçik olan, kredit portfeli olmayan xırda banklar ya başqa banklarla birləşməlidir, ya da onlar haqqında bir qərar verilməlidir. Ümumiyyətlə, islahat paketi işlənib hazırlanmalıdır. İkincisi də, son zamanlar manatın yenidən ucuzlaşması haqqında gəzən söhbətlərlə bağlı valyutadəyişmə məntəqələrində də gərginlik yaşanır. Ümumiyyətlə, neftin qiymətinin ucuzlaşması, rublun ucuzlaşması, Çində, Qazaxıstanda baş verən devalvasiya və sair proseslər də ölkəmizdə izlənir və insanlar müəyyən qədər ehtiyat edirlər. Ancaq Azərbaycanın imkanları, ehtiyatları var. Lakin bu ehtiyatlardan da düzgün istiadə etmək lazımdır. Çünki, neftin qiymətində bundan sonra da enmələr baş verə bilər. Ancaq devalvasiyaya getməyin də daha uyğun yolu var. Mən ötən dəfə də demişdim ki, yumşaq, üzən devalvasiyaya getmək lazımdır ki, insanlar çox əziyyət çəkməsinlər. Gözləmək lazım deyil ki, neftin qiyməti 30 dollara düşsün, sonra kəskin devalvasiya baş versin. Onsuz da gec-tez manat bazarda öz həqiqi dəyərini tapmalıdır və müəyyən qədər devalvasiyaya getməlidir. Yaxşı olar ki, Mərkəzi Bank bunu üzən məzənnə siyasəti ilə həyata keçirsin və heç bir ajiotaj yaşanmasın”.
İqtisadçı ekspert Samir Əliyev isə neftin qiymətində kəskin bahalaşma olmazsa, növbəti devalvasiyanın qaçılmaz olduğunu qeyd etdi: “Hazırda durum ondan ibarətdir ki, manata təzyiqlər artıb. Kənarda baş verən proseslər, manatın devalvasiuyası ilə bağlı narahatlıq insanlarda çaşqınlıq yaradıb. Həftə başlayan kimi neftin qiyməti də 45 dollarlıq psixoloji həddi də keçərək, 44 dollar 30 sentə düşdü, gün ərzində daha da düşə bilər. Bir müddət öncə neftin qiyməti 60 dollara yaxın idisə, artıq bu gün 40 dollara yaxınlaşır. Mərkəzi Bankın rəhbəri də açıqlamasında demişdi ki, neft 40 dollara qədər düşərsə, tədiyyə balansında mənfi proses olmayacaq. Yalnız bu həddi keçərsə, manatın məzənnəsinə yenidən baxmaq olar. Yəni, bu sözdən belə çıxır ki, neft 40 dollara qədər düşərsə, manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq.
Qonşu ölkələrdə də bir çox proseslər baş verir, rubl ucuzlaşmaqda davam edir, Qazaxıstan öz valyutasını ucuzlaşdırdı, türk lirəsi də ucuzlaşır. Diqqət etsək, fevral ayında manatın devalvasiyasından öncəki proseslər yenidən baş verməkdədir. O dövrdə də deyilirdi ki, heç bir devalvasiya olmayacaq, ancaq devalvasiya oldu. Bu gün də oxşar proseslər gedir, neft ucuzlaşır, qonşu ölkələrin valyutaları dəyər itirir. Manat üçün təhlükə təkcə neft deyil, ikinci bir səbəb də ölkədən kapital axınının güclənməsidir. Kapital axınının olması ölkədən dollar axını deməkdir. Ölkəyə gələn dollar ölkədən çıxan dollardan daha azdır və bu da manat üçün təhlükə yaradır”.
Ekspertin proqnozlarına görə, bu həftə manatla bağlı olduqca gərgin həftə olacaq, manatla bağlı kəskin qərar verilə bilər: “Neft kəskin bahalaşmasa, devalvasiyanın olması qaçılmazdır. Ancaq əsas məsələ bunun nə zaman baş verəcəyidir. Bu qərar isə Mərkəzi Bank tərəfindən verilir. Lakin hazırki dövr üçün devalvasiyanın olmayacağını şərtləndirən iki səbəb var. Bunlardan biri qarşıdakı parlament seçkiləridir. Bildiyiniz kimi, hökumət seçki ilində belə bir kəskin addım atmaq istəməz. İkinci bir səbəb isə odur ki, birinci devalvasiyanın vurduğu ziyan hələ də aradan qalxmayıb və bank sektoru üçün bu, öldürücü zərbə ola bilər. Qiymət artımı daha da kəskinləşə bilər. Bu amillər hökuməti devalvasiyadan çəkindirən amillərdir.
Lakin elə səbəblər də var ki, manatın ucuzlaşmasını qaçılmaz edir, bu haqda daha öncə danışdıq. Artıq Mərkəzi Bankın valyuta ehtiyatları da azalıb. Əgər ilin əvvəlində Mərkəzi Bank manatın saxlanılması üçün 4-5 milyard manat vəsait xərcləyirdisə, bundan çəkinmirdi. Ancaq bu gün ehtiyatlar 8,5 milyard manata qədər azalıb, Mərkəzi Bankın manevr imkanı daha da məhduddur və devalvasiyaya getməyə məcbur ola bilər”.
Mərkəzi Bankın atdığı son psixoloji addımlara gəlincə, ekspert bildirdi ki, ötən həftə əgər həmin məlumat olmasaydı, bəlkə də şənbə və bazar günləri valyutadəyişmə məntəqələrində dollar 1.2 AZN-ə satılardı:“Ancaq Mərkəzi Bank bu məktubla banklara xatırlatdı ki, müəyyən olunan həddi keçə bilməzsiniz. Rəsmi iş günü olmasa belə, Mərkəzi Bnak bu addımı atdı. Cəmiyyətdə ajiotaj yaranmasının bir səbəbi də odur ki, Mərkəzi Bank özünü çox qapalı qurum kimi aparır, açıqlamaları gecikdirir, məhdud informasiyalar açıqlayır. Mərkəzi Bank insanlarla işini yaxşı qurmadığından bu ajiotaj gözlənilən idi. Həm də insanlarda artıq inamsızlıq yaranıb. Ötən dəfə də rəsmi şəkildə deyilmişdi ki, devalvasiya olmayacaq, lakin bu, baş verdi.
Mərkəzi Bank bu gün psixoloji addım ataraq, cəmiyyətin dolların bahalaşmasını gözlədiyi vaxtda kursu bir qədər aşağı salıb. Amma bu problemi həll etmədi, bu qərardan sonra valyutadəyişmə məntəqələrinin qarşısındakı insanlar azalmadı. Mən inanmıram ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün 4-5 milyard vəsait xərcləməyə hazır olsun, uzaqbaşı 1 milyard vəsait xərclənə bilər. Əks halda məcbur olub, devalvasiyaya gedəcək. Manatın birinci dəfə ucuzlaşmasından sonra Mərkəzi Bank tədricən ucuzlaşmaya getməli idi. Lakin bu, baş vermədi və yenidən manatın məzənnəsi “ölüm-qalım” məsələsinə çevrilib. Bu da iqtisadiyyata öz neqativ təsirini göstərir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda əhali üçün su normaları təsdiqlənib

Next Post

Tehran-London münasibətləri və ya “ingilis barmağı”- ŞƏRH

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Tehran-London münasibətləri və ya "ingilis barmağı"- ŞƏRH

İstanbulda əməliyyat - Polislər 90 evə basqın etdi - Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.