
Facebook sosial şəbəkəsi həyatımızın bir parçasına çevrilib. Xeyli sayda insanlar facebookda tanış olub, virtual məkanda dost, yoldaş olublar. Elələri var ki, sosial şəbəkədə mehriban bir “ailə”dirlər, ancaq real həyatda bir-birilərinin üzünü görməyiblər.
Nəhayət, Bakıda facebook istifadəçilərinin real olaraq üz-üzə oturub danışacağı və həm də əylənəcəyi bir “FB SHOW” təşkil edildi.
“FB SHOW”-nun facebookda yaradılmış səhifəsində qeyd edilir:
– Əzizi facebook istifadəçiləri, şəhərimizin sakinləri və qonaqları.
Sizi 04 sentyabr 2015-ci il tarixdə, saat 19:00 da “Paradise” adlı möhtəşəm məkanda keçiriləcək “FB SHOW”adlı musiqili-bədii-əyləncəli gecəyə dəvət edirik.
Gecədə sizi bir-birindən maraqli musiqi, rep musiqisi, səhnəciklər, illiuziya, parodiya, stand up, şeir və digər göstərilər gözləyir!
Giriş bəylər üçün 20 AZN, xanımlar üçün 15 AZN olmaqla ödənişlidir. VIP yerlərin qiyməti isə 25 AZNd-dir. Biletə fiks olaraq tort ve şampan şərabı daxildir.
Şansa düşən 3 bilet sahibi bahali hədiyyə qazanacaq!
Bundan başqa, iştirakçılar arasında keçiriləcək yarışlar, viktorinalar üçün də hədiyyələr nəzərdə tutulub!
Gecənin aparıcısı sürpriz olaraq, çox məşhur simalardan biridir.
Tanınmış müğənnilər Nurlan Əzizbəyli, Talib Taleh, Elvin Babazadə, Elitstar Cəmilə və başqaları gecəyə xüsusi rəng qatacaq.
Hər şey möhtəşəm olacaq.
Gəlmək istəyənlər biletləri öncədən yaxud tədbir günü “Paradise” məkanin kassasindan əldə edə biləcəklər. Yerlər məhdud olduğu üçün bilətləri, səhifəmizin mesaj qutusuna yazmaqla, (ad, soyad, mobil nömrə) bron edə bilərsiniz!
Bir-birini qiyabi taniyan FB dostlari bu gecədə əyani tanış ola biləcək, həm də əylənəcəklər.
Ünvan: “Paradise” – (“Varovski” dairəsi, YDM-in yani. Əlaqə tel: 0703659235)



