"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

OMON azərbaycanlı diaspor liderinin ofisinə basqın etdi- Axtarış gedir

25 Avqust 2015 - 18:51
in XƏBƏR LENTİ

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk şöbəsinin rəhbəri, yerli Azərbaycan diasporunun lideri İslam Hüseynovun ofisinə OMON-un dəstəyi ilə basqın olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Qafqazinfo” virtualaz.org saytına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Ulyanovsk üzrə İstintaq İdarəsinin əməkdaşları xüsusi təyinatlı və maskalı polislərin dəstəyi ilə diaspor liderinin ofisində axtarış aparır.

İslam Hüseynov mütşəkkil cinayətkar qruplaşma yaratmaqda və ona rəhbərlik etməkdə şübhəli bilinir.

Lakin İslam Hüseynov bu axtarış barədə əvvəlcədən xəbərdar olub və Ulyanovsk vilayətinin hüdudlarını, ola bilsin Rusiyanı tərk edib. Ona yaxın çevrələr axtarışın Hüseynova qarşı təzyiq məqsədi daşıdığını bildirir. Diaspor liderinin ofisinə daxil olan əməliyyatçılar və OMON-çular Hüseynovu axtarsalar da yerində tapmayıblar.

Diaspor liderinin yaxınlarının bildirdiyinə görə, bu axtarış İslam Hüseynovun qətlə yetirilən mühafizəçisi İqor Beznosyukun işi ilə əlaqəlidir.

İqor Beznosyuk 2012-ci ildə İslam Hüseynova sui-qəsd cəhdi zamanı onun kabinetində güllələnib. Hüseynov özü başından yaralanıb və sağ qalıb. Bu sui-qəsddə iştirak edən azərbaycanlı killer Nahid Zahidov həbs edilib, Ramin Bağırov adlı digəri isə axtarışa verilib.

Ulyanovsk vilayəti üzrə İctimai Palatanın üzvü, İslam Hüseynova yaxın hesab edilən Aleksandr Braqin bildirib ki, İstintaq İdarəsi azərbaycan diasporu liderinə təzyiq edir. Buna səbəb Hüseynovun mühafizəçisinin qatillərini cəzalandırmaq tələbləridir.

Deyilənə görə, Beznosyukun işində killerlərdən birinin yeni ifadəsi meydana çıxıb. Killer bildirib ki, bu qətlin sifarişçisi Cəfər Dilanov adlı şəxsdir.

Hüseynov isə bildirir ki, müstəntiqlər bu versiyanı araşdırmır. Dilanov Hüseynovun çoxdankı düşmənidir və ona rəqib qruplaşmanın lideridir.

Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, axtarış tamam ayrı maddə – mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etmək maddəsi üzrə aparılır.

Qeyd edək ki, Rusiya azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “Azərros”da parçalanma zamanı İslam Hüseynov bu təşkilatın rəhbəri Abbas Abbasova qarşı çıxanlardan və onun istefasını tələb edənlərdən biri olub.

Belə görünür ki, Rusiya İstintaq Komitəsi İslam Hüseynova qarşı yeni cinayət işi qaldırıb. Bu cinayət işinin motivləri bəlli deyil.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda facebook istifadəçiləri üçün “FB SHOW”

Next Post

Neft dünya bazarını necə çökdürdü?- 115-dən 45-ə…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft dünya bazarını necə çökdürdü?- 115-dən 45-ə...

“Bu, ciddi siqnaldır” – Adil Əliyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.