"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda iqtisadi böhran yetişir, yoxsa…

28 Avqust 2015 - 09:55
in İQTİSADİYYAT

 Azərbaycanda iqtisadi böhran yetişir, yoxsa...

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Siyasi və iqtisadi ekspertlərin fikirləri fərqlənir

Neftin sürətlə ucuzlaşması büdcəsi xeyli dərəcədə neftdən asılı olan Azərbaycanı da çətin vəziyyətlə üzləşdirib. Ekspertlərə görə, manatın dollara nisbətdə öz dəyərini növbəti dəfə itirmək təhlükəsi ilə qarşılaşması, qida məhsullarının bahalaşması, ölkədəki iqtisadi proseslərin əvvəlki kimi getmədiyinin göstəricisidir.

Bu arada AXCP sədri Əli Kərimli də apardığı kiçik təhlil əsasında Azərbaycanın çox ciddi sosial-iqtisadi böhrana girdiyini söyləyib.
Bu barədə o, facebook-dakı statusunda yazıb. O, bu xüsusda  yalnız son 4 iş günü ərzində Mərkəzi Bankın valyuta rezervlərinin 10 faizdən çoxunun  (8 milyard 501 milyon 500 min dollardan 893 milyon dolları) xərcləməsinə diqqət yönəldib.
İqtidar nümayəndələri isə ölkədəki vəziyyəti, sadəcə, müvəqqəti iqtisadi gərginlik adlandıraraq, öz çıxışlarında “iqtisadi böhran” termini işlətməkdən yayınırlar. Bəs

Azərbaycandakı iqtisadi durumun adı nədir?

 
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, hazırda ölkə iqtisadiyyatı həqiqətən də böhran astanasındadır: “Böhranın astanasında olsaq da, bununla bağlı ciddi fəsadları növbəti aylarda görəcəyik. Çünki indiki situasiyanın arxasınca işsizliyin artması müşahidə olunacaq. Bununla da əhalinin sosial vəziyyəti ağırlaşacaq. Artıq bunun üçün zəmin var. Ölkədə tikintilər dayanır, kiçik və orta biznesin fəaliyyət dairəsi daralır. Eyni zamanda dövlət və  hökumət orqanlarında ciddi ixtisarlar gözlənilir. 2016-cı  il büdcəsinin müzakirələrində şahidi olacağıq ki, hökumət məcburən  bəzi xərclərin kəskin şəkildə azaldılmasına gedəcək. Mənzil bazarında satışlar demək olar ki, dayanıb. Bu da  tikinti sektoruna təsir göstərir. Avtomobil və mobil telefon bazarlarında da ötən illə müqayisədə xeyli azalmalar var. Hətta geyim mağazaları artıq bağlanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, biz böhranın astanasından içəri addım atmışıq. Ciddi fəsadları isə bir neçə ay sonra görəcəyik. Banklardakı problemləri də nəzərə alsaq, Azərbaycanda iqtisadi vəziyyətin böhranlı hal aldığını hiss edəcəyik”.
 
Musavat.com-a danışan digər iqtisadi ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, Azərbaycandakı vəziyyəti böhran adlandırmaq doğru deyil: “Böhran Rusiyadadır. Özü də dərin böhrandır. Azərbaycanda böhrandır demək doğru olmaz. Əgər büdcəni və ya maliyyə bazarını  götürsək, burada müəyyən problemlər var. Ancaq bunu  böhran hesab etmək olmaz. Çünki Azərbaycanda inflyasiya  aşağıdır. Eyni zamanda ümumi daxili məhsulda artım var. Makroiqtisadi göstəricilərin yüksək olduğu məqamda ölkədə böhran var söyləmək doğru olmaz”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada azərbaycanlı iş adamı özünü öldürdü

Next Post

Neftdən kəskin bahalaşma – 50 dollara yaxınlaşır

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Neftdən kəskin bahalaşma - 50 dollara yaxınlaşır

Həyatımızın aynası: İTV

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.