"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hökumət ortaya fərqli seçki təcrübəsi qoymalıdır” – “Durğunluq Azərbaycan dövlətini ciddi risk altında qoyur”

29 Avqust 2015 - 10:26
in XƏBƏR LENTİ

hoplkj-300x2071-300x207“Adını yaza bilməyən, 4-5 ildə ağzını açıb bir kəlmə fikir ifadə edə bilməyən və ya hansısa monopolist qurumları təmsil edən insanların parlamentə gəlməsi Azərbaycan dövlətini ciddi risk altında qoyur”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Deputatları yaşa görə fərqləndirmək doğru deyil. Parlament idman arenası deyil ki, ora çevik gənclər gəlsin.

Bu barədə AİM.Az-a Azərbaycan Demokrat Partiyasının sədri (ADP)Sərdar CƏLALOĞLU deyib. Onun sözlərinə görə, Milli Məclis (MM) dövlətin beynidir:

“İnsanda yaşa dolduqca kamilləşir. Buna görə də dünyanın bütün parlamentlərində qanunvericilər yaşlı insanlardan ibarət olur. Xalqımızın da min illik ənənəsi var ki, cəmiyyəti ağsaqqallar daha düzgün idarə edə bilər. Söhbət gəncləşməkdən gedirsə, icra hakimiyyətinin gəncləşdirilməsindən danışa bilərik. Çünki orada icra məsələsi var. Bəzən hansısa proqram və ya layihəni qısa zamanda həyata keçirmək lazım olur. Lakin qanunverici orqan olan MM ağıl, idrak və təfəkkür tələb edir. Ağıl da 90 faiz insanda yaşla gəlir. Düzdü, elə gənclər olur ki, onlar 60 yaşlı insanın düşündüyünü düşünə bilir. Bütün hallarda Azərbaycan parlamentində gənclərin gəlməsini yenilik və ya inkişaf kimi təqdim etmək yanlışdır”.

Təşkilat sədri vurğulayıb ki, demokratiyanın əsas prinsiplərindən biri uzun müddətli hakimiyyətin məhdudlaşdırılmasıdır:

“Bu icra strukturu, parlament və başqa dövlət qurumlarına aiddir. Dünyanın əksər demokratik ölkələrində parlamentdə təmsilçlik məhdudlaşdırılıb. Məsələn, Türkiyədə 3 dəfədən artıq heç kəs millət vəkili seçilə bilməz. Azərbaycan təcrübəsinə isə baxsaq, 1993-cü ildən bu yana  keçirilən 4 parlament seçkisində yalnız 10-15 faiz dəyişiklik olub. Parlamentin 80 faizi dəyişilməz olaraq qalıb. Buradan da sual doğa bilər ki, onda Azərbaycanda parlament seçkiləri niyə keçirilir. Bu marafonun təşkil olunması MM-in tərkibində dəyişilmə yaratmırsa, onda proseslərə bu qədər pul xərcləməyin nə mənası var. Bu qüsur həm də icra orqanlarımızda mövcuddur”.

S.Cəlaloğlu diqqətə çatdırıb ki, Azərbaycanda eyni adamlar 20-30 ildir nazirdir:

“Uzun müddət hakimiyyətdə təmsil olunmağın ən acı nəticəsi odur ki, son 20 ildə ölkəmiz iqtisadi və siyasi məsələlərlə bağlı beynəlxalq ictimaiyyətdə bir dənə də olsun müsbət rəy almayıb. Görünür ki, Azərbaycan dövləti ilə bağlı problemlərin əsas səbəbləri adamların uzun mddət hakimiyyətdə qalmasıdır. Yəni demokratiyanın təmin olunmamasıdır. Nəticədə də onlar dövlət hakimiyyətini özəlləşdirib, ailəvi bir quruma çevirirlər. Qohum-qardaşlarını başlarına yığırlar. Belə hal cəzasızlıq şəraiti əmələ gətirir ki,bu da hazırda ölkəmizdə yaşanır».

Həmsöhbətimiz hesab edir ki, seçkilər demokratik keçirilərsə, parlamentdə dəyişilmənin şahidi ola biləcəyik:

“Baxın ikinci dünya müharibəsi dövründə dünyada ən böyük siyasətçi kimi tanınan Çörcil seçilmədi. Fransada Şarl De Qoll da onun kimi. Seçkinin mahiyyəti odur ki, dəyişiklik olsun. Cəmiyyət dəyişiklik istəyir. Dəyişilmə olmayan yerdə durğunluq olur və cinayətlər çoxalır. Seçkilərdə dəyişilmələrin olması vacib şərtdir. Amma onu «atanı çıxarıb, yerinə balanı qoymaq»prinipi ilə aparmaq daha təhlükəlidir. Bunun heç bir faydası olmayacaq. Bu süni mühəndislikdir. Sosiologiya elmi də sübut edib ki, belə yolla həyata keçirilən işlərin heç bir effektiv nəticəsi olmur. Ona görə də seçkilərin demokartik aparılmasına önəm vermək lazımdır. Parlamentlərin təkmilləşməsinin yeganə yolu budur. Deputatın gənc və yaşlı olması şərt deyil, əsas məsələ seçkilərin demokratik aparılmasıdır”.

Müsahibimizin qənaətincə, ölkəmizdə hazırkı durum əvvəlki illərlə müqayisədə kifayət qədər ağırdır:

“Hökumət seçki proseslərinə ciddi yanaşmalıdır. Fərqli seçki təcrübəsi ortaya qoymalıdır. Ölkəni qorumaq üçün dövlətin beyni ola biləcək parlament formalaşdırılmalıdır. Bura intellektual, öz xaqlını sevən və dövlətçilik şüuruna malik insanlar gəlməlidir. Yoxsa adını yaza bilməyən, 4-5 ildə ağzını açıb bir kəlmə fikir ifadə edə bilməyən və ya hansısa monopolist qurumları təmsil edən insanların parlamentə gəlməsi Azərbaycan dövlətini ciddi risk altında qoyur. Gözləntim odur ki, hakimiyyət seçkilərə fərqli yanaşmalıdır ».

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qohum məmurların başıpozuqluğu davam edəcək…” – “Siyasi, iqtisadi, hüquqi islahatlar aparılmalıdır”

Next Post

Neft bahalaşmaqda davam edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft bahalaşmaqda davam edir

Bakıda evlər su qiymətinə satılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.