"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Neftçi”nin unikal əməliyyatı

29 Avqust 2015 - 19:05
in KÖŞƏ YAZILARI

natiq muxtarli

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Bütün “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışır. Neynəsinlər, görmədikləri günə düşüblər də. Belə uğuru nə vaxt görmüşük ki? Hələ “bir də nə vaxt görəcəyik” sualını da vermirəm ha.
Azərbaycan xalqı bu iki komandanın uğuruna sevinərkən, daha bir klubumuzun unikal uğuru kölgədə qaldı. “Neftçi”ni deyirəm ey… Yox, “Neftçi”nin elə rəhbərliyi var ki, (yazıçı, artist, futbolçu və maklerdən ibarət enerjili qrup) bu komandanın uğurunu papaq altında gizlətmək olmaz. Sadəcə, klub rəhbərliyi özü bu uğurun açıb-ağardılmasını istəməyib.
Hadisələr də lap Cingiz Abdullayevin detektiv əsərlərindəki süjet xəttini xatırladır. Əsərin qısa məzmununu izah edim. Deməli, “Neftçi” heyəti gücləndirmək üçün bir neçə legioner transfer etməliydi. Ancaq Avropanın adlı-sanlı klubları “Neftçi”nin transfer siyasətini qarabaqara izlədiklərindən, yazıq klub rəhbərliyi menecerləri bəyəndikləri futbolçularla danışıqlar aparmağa göndərə bilmirdilər. Nöşün ki, adlı-sanlı Avropa klubları dərhal “Neftçi”nin bəyəndiyi futbolçunu şirnikləndirib, yoldan çıxarır (burda türkün məsələ deyin), onları heyətə qatıb, Çempionlar Liqasında pul qazanırlar.
“Neftçi” bu təqibdən qurtulmaq üçün unikal plan cızıb. Təbii ki, planın müəllifi Çingiz Abdullayevdi.  Əvvəlcə komandanın rəsmi saytında məlumat yayıldı: “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və  idman direktoru Vəli Qasımov Cənubi Amerikaya səfər ediblər.
Cənubi Amerikaya nəyə gedərlər? Təbii ki, futbolçu gətirməyə. Avropanın bütün klubları bu xəbərdən sonra qulaqlarını şəkləyib, okeanın o tayına boylanmağa başlayıblar. Qoçaqlar da öz işində – Elnur Məmmədovla Vəli Qasımov Braziliya stadionlarında selfinin selfi ardınca çəkdirir, mətbuat xidmətinin əməkdaşları da bu şəkilləri dərhal “Neftçi”nin saytında yerləşdirirlər. Bütün Avropa azdırılıb. Və qəfildən bomba partlayır. “Neftçi” gənc və perspektivli, gələcək vəd edən 33 yaşlı slovakiyalı qapıçını transfer edir. Vay dədə, vay. Düz Avropanın göbəyindən bir addım o tərəfdə ey. “Real”da neçə vaxtdı qapıçı axtarır. Düşüb De Xeanın ardınca. “Mançester Yunayted” də vermir. “Neftçi”nin kəşf etdiyi qapıçıdan xəbər tutsaydılar, nə “Real” yalvarardı, nə də “Mançester Yunayted” naz edərdi.
Hələ bu harasıdı? Üstündən iki gün keçir, “atom bombası” partladılır. Bu dəfə düz Avropanın göbəyində – İspaniyada.  “Neftçi” hücumçu transfer edir. Avropa şokdadı ey. “Bəs bunlar Cənubi Amerikaya getmişdilər axı” deyib, başlarına qapaz vururlar.
Bax, budu dronqosayağı əməliyyat. Bax, budu, Çingiz Abdullayev təcrübəsi. Di, gedin, aşığınızı atın. “Neftçi” bütün Avropanı aldatdı. İndi bu uğuru ictimailəşdirmək olar. Daha transferlər rəsmiləşib. Antonio Quinta və Mixal Peskoviç “Neftçi”nin futbolçularıdı. Narahat olmayın, əməliyyatı uğurla yerinə yetirən Elnur Məmmədovla Vəli Qasımov da Azərbaycana qayıdıblar. Sağ və salamatdılar. Bir neçə gün dincəlsinlər, “Qarabağ”la “Qəbələ”ni təbrik edərlər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məzahir Pənahov: Təəssüf ki, beynəlxalq qurumlar bizimlə konstruktiv əməkdaşlıq etmir” – VİDEO

Next Post

“AĞ AT” UĞURLA GERİ DÖNDÜ – FOTO

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

"AĞ AT" UĞURLA GERİ DÖNDÜ - FOTO

"Apple"ın qurucusu haqda gizli fraqmentlər - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.