AİM.Az xarici mənbələrə istinadən xəbər verir ki, Avropa Siyasəti Mərkəzinin Məşvərət Şurasının üzvü Dennis Sammut bugünlərdə maraqlı bir məqalə ilə çıxış edib.
Qeyd edək ki, D.Sammut Cənubi Qafqaz üzrə kifayət qədər informasiyaya malik olan ən təcrübəli ekspert kimi tanınır.
Müəllif öz məqaləsində bildirir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana gözlənilməz səfəri Rusiyanın Azərbaycanı öz “cərgəsində” saxlamaq niyyətindən qaynaqlanır:
“Ancaq bunun üçün Moskva Azərbaycana nəsə vəd etməlidir. Rəsmi Bakı Rusiyanın bu ölkədə yeni Radar stansiyası inşa etmək niyyətini gizlətmir. Bunlar öz yerində, amma Azərbaycanı öz əlində saxlamaq üçün Rusiya ona Qarabağ torpaqlarının bir hissəsini təklif edə bilər. Lavrovun Bakıya təcili səfəri isə Ermənistanın bu məsələdə irəliləyişə nail olmaq üçün müəyyən razılıqlar verməsinə ciddi işarədir. Hətta Serj Sarkisyanın Dağlıq Qarabağda düzənlənən bayram törənlərində iştirak etməsinə baxmayaraq bu versiya kifayət qədər ciddi səslənir. Üstəlik, nə Ermənistan, nə də Qarabağ “rəhbərliyi” ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəkləri haqqında heç vaxt bəyanat verməyiblər. Əksinə, İrəvan Qarabağ torpaqlarının geri qaytarılmasını istəyən Madrid prinsiplərinin müzakirəsində iştirak edir. Ancaq torpaqların geri qaytarılması məsələsində əsas lobbiçiliyi Rusiya öz üzərinə götürüb”.
Orxan,
AİM.Az



