"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Anaları övlad, övladları ana qatilinə çevirən nədir?

05 Sentyabr 2015 - 10:59
in XƏBƏR LENTİ

Limunət Əmrahlı: “Bu qəbildən olan qətillərin bir deyil, bir neçə səbəbi var”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

43876

Azərbaycanda son aylar ana və övlad qatillərinin sayının əhəmiyyətli dərəcədə artması müşahidə edilir ki, bu da istər hüquqi, istərsə də milli-mənəvi dəyərlər baxımından ölkəmiz üçün yenilik hesab edilə bilər. Təəssüflər olsun ki, əvvəllər xarici ölkələrdə baş verən və ölkəmizdə dərin heyrətlə qarşılanan bu cür olaylar artıq Azərbaycan üçün də adiləşməkdə, onun gündəlik yaşam tərzinin bir hissəsinə çevrilməkdədir.

Maraqlıdır, cəmiyyətdə ana və övlad qatillərinin sayının artması nə ilə bağlıdır? Bu tendensiyanın arxasında hansı psixoloji amillər dayanır? Bir ananın övladını və ya bir övladın anasını qətlə yetirməsi üçün onun psixoloji baxımdan hansı sədd və bariyerləri keçməsi gərəkir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı hər bir insanın potensial qatil olması gerçəyinin unudulmaması gərəkdiyini vurğuladı:

“Əgər məsələyə sosial-psixoloji, o cümlədən bioloji aspektdən yanaşsaq, hər bir insan qatil ola bilər. Bu sosial situasiyadan, insanın həmin situasiyada yaşadığı hisslərdən, düşdüyü psixoloji vəziyyətdən asılıdır. Ancaq əlbəttə ki, malik olduğu mənəvi-psixoloji, o cümlədən mədəni keyfiyyətlərə görə hər hansı münaqişəli situasiyalarda öz hərəkətlərini tənzimləyən kifayət qədər insanlar da var. Cəmiyyət həmişə məhz belə insanları təqdir edir, yüksək dəyərləndirir”.

L.Əmrahlı son vaxtlar çoxalan bu cür olayların cəmiyyətdəki böhrandan qaynaqlandığnı vurğuladı:

“Ailələrdə son illərdə baş verən cinayət hallarına gəldikdə isə bu, böhran yaşayan cəmiyyətin təbii halıdır. Psixologiya elmi ilə az-çox tanış olan hər kəsə bəlidir ki, insanın törətdiyi cinayətlərin kökü, bir tərəfdən, qeyd etdiyim kimi, sosial situasiyadan asılıdırsa, digər tərəfdən də uşaqlıqda yaşadığı emosional təəssüratlardan, valideyn-övlad münasibətlərindən qaynaqlanır.

Düşünürəm ki, ailələrdə baş verən belə halların bir neçə səbəbi var. Burada ilk amil valideynin verdiyi yanlış tərbiyə, övladına kifayət qədər məhəbbətdən doydura bilməməsi, onunla yetərincə kobud davranmasıdır. Sonda bu münasibət onun özünə qayıdır. Digər amil zamanında onun gələcəyini düşünməməsi, sosial və fiziki təhlükəsizliyini təmin etməməsidir. Əlbəttə, biz burada genetik faktorları da nəzərdən qaçıra bilmərik. Elə insanlar var ona göstərilən münasibətdən asılı olmayaraq xaraktercə potensial qatildirlər. Bundan zövq alırlar və məqamı düşən kimi niyyətlərini həyata keçirirlər. Nəticədə övlad bütün yaşadıqlarının əvəzini bir anda valideynindən çıxır.

Yaxud, əksinə, valideyn “dünyanı başına dar edən” övladının qatilinə çevrilir. Mən burda, bir çoxlarınnı xoşuna gəlməsə də, etnomədəniyyətimizdə yüzillər boyu formalaşmış stereotip tərbiyə üsullarının rolunu da qeyd etmək istəridm. Bzim ailə tərbiyəmizdə “hədsiz qəyyumluq” tərbiyə tipi üstündür. Az qalır evlənmək yaşına çatmış övladımızın ağzına yeməyini də özümüz verək. Buna “valideynin “kor məhəbbəti” səbəb olur. Valideynin məhəbbəti ağılla idarə edilməli, uşağı gələcək müstəqil həyata hazırlamalıdır.

Onlar yerli-yersiz uşağı müdafiə edir, öz potensialını üzə çıxarmağa imkan vermir, hər bir hərəkətində cavabdehliyi üzərinə götürürlər. Zaman gəlir, artıq bunu bacarmırlar. Bu halda hər iki tərəf bir-birini ittiham edir. Yaşadığı uğursuzluqda qarşı tərəfi günahlandırır”.

L.Əmrahlı bu qəbildən baş verən qətillərdə mətbuatın da müəyyən mənada müqəssir olduğunu vurğuladı:

“Mən bu hadisələrin baş verməsində mətbuatən da zərərli rolunu qeyd etmək istərdim. Son illər bizim ekran mətbuatımız yüngül həyat tərzi keçirdiklərinə görə tarix boyu cəmiyyətdən gizli saxlanılan insanların, harınlamış məmur övladlarının reklamı ilə məşğuldur: bahalı maşınlar, evlər, yüngül əyləncələr, törətdikləri xuliqanlıqlar, cinayətlər, əvəzində isə – məşhurlaşmaq, cəzasızlıq. Cəmiyyətin müasir dövrün təbiyə üsulları ilə formalaşdırılmış “oksigen balonu”na ehtiyacı var, özü də çox…”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milyonların pənah yeri – Avropa

Next Post

Zəlzələ Şəkidə 200-dən çox evə ziyan vurub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Zəlzələ Şəkidə 200-dən çox evə ziyan vurub

Mourinyo “Ginnesin Rekordlar kitabı”na düşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.