"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kremlin şok planı: “Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır”

06 Sentyabr 2015 - 16:23
in aktual-banner

Kremlin şok planı: “Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır”
“Moskvanın Bakı və İrəvan üçün planı var”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Politrus” saytı yazıb.

Saytın məqaləsində iddia olunur ki, Dağlıq Qarabağda hərbi gərginliyin qalmasında ABŞ maraqlıdır: “Çünki Rusiya, İran və Çinin maraq zonasında olan bu bölgənin daim “qaynar” olması ABŞ-ın hegemonluğuna xidmət edir. Lakin hazırki vəziyyətdə müharibənin başladılması problem olaraq qalır. Çünki nə Bakı, nə də İrəvan müharibə istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb edir. Çünki məcburi köçkün və qaçqınlar Ermənistanın nəzarətində olan öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu məsələdə qətiyyət göstərir”.

Məqalədə bildirilir ki, Rusiya Azərbaycanı Xəzər regionunda, həmçinin Avrasiya İttifaqında öz müttəfiqi olaraq görmək istəyir: “Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer almağın mümkün olmadığı fikrini irəli çəkir”.

Sayt yazır ki, Sergey Lavrovun Bakı səfərinin detalları yayılmasa da, fərz etmək mümkündür ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni plan təklif edir.

“Həm də bu təklif indi yox, Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı zamanı Bakıya təqdim olunub. Rusiya XİN rəhbəri isə planın detallarını müzakirə etmək üçün Bakıya getdi. Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 7-də nəzərdə tutulan Moskva səfərində də münaqişənin həlli üçün təklif olunan yeni plan müzakirə olunacaq. Kreml rəsmi şəkildə iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağını deyir. Lakin İrəvandakı mənbələr əsas müzakirə mövzusunun Qarabağ olduğunu qeyd edir”, – deyə məqalədə vurğulanır.

Sayt münaqişənin həlli üçün iki təklifin ola biləcəyini yazıb: “Birincisi, Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarır və ətraf yeddi rayon Azərbaycana qaytarılır. Bakı bunu istəyir, amma İrəvan buna getməyəcək. Hətta üçüncü tərəfin məsələyə qarışması və böyük maliyyə hesabına torpaqların qaytarılması variantı olsa belə bu, mümkünsüz görünür. Çünki Qarabağdakı ermənilər bu torpaqların özlərinki olduğunu düşünürlər. İkinci variant Ermənistanın Laçından başqa digər işğal olunmuş rayonları qaytarması və Qarabağa dəhlizin təmin olunmasıdır. Köçkünlər qayıdacaq, Bakı da ərazidən çıxarılan ermənilərə kompensasiya ödəyəcək. Bu mümkün variant kimi görünür və Azərbaycan tərəfi ermənilərə kompensasiyasını birbaşa deyil, Rusiya vasitəsilə verəcək. Əgər bu variant mümkün olarsa, kompensasiya Rusiya tərəfindən Avrasiya İttifaqı çərçivəsində Ermənistana kredit kimi də verilə bilər”.

Bunu da oxuyun

Hikmət Hacıyev: “Qarabağ ermənilərinə mesaj göndərmişik” – “politico.eu”

Kahramanmaraşda ardıcıl zəlzələlər

Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə olunur

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başladı

Next Post

Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir, İrəvanda çadır düşərgəsi quruldu

Bənzər yazılar

Hikmət Hacıyev: “Qarabağ ermənilərinə mesaj göndərmişik” – “politico.eu”

Hikmət Hacıyev: “Qarabağ ermənilərinə mesaj göndərmişik” – “politico.eu”

19 Sentyabr 2023 - 15:10

“Hərbi hədəflərdən uzaq durun" Hikmət Hacıyev: “Qarabağ ermənilərinə mesaj göndərmişik” Almaniyaya bağlı "politico.eu" saytına açıqlama verən Azərbaycan prezidenti İlham Əliyevin...

Kahramanmaraşda ardıcıl zəlzələlər

Kahramanmaraşda ardıcıl zəlzələlər

03 May 2023 - 22:22

Kahramanmaraşın Göksun rayonunda 5 və 4,1 bal gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki,Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin...

Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə olunur

Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə olunur

26 Aprel 2023 - 17:43

Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan...

Xankəndidən daha 16 xəstə İrəvana aparıldı

26 Aprel 2023 - 14:23

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 16 xəstə Xankəndidən Ermənistana aparılıb. Elchi.az xəbər verir ki, bu barədə erməni mediası...

Next Post

Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir, İrəvanda çadır düşərgəsi quruldu

Azərbaycan Rusiya qaz kəmərinin təhlükəsizliyini təmin edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.