"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bir qram ilan zəhəri = 6 barrel neft

10 Sentyabr 2015 - 16:43
in XƏBƏR LENTİ

Bir qram ilan zəhəri = 6 barrel neft

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ölkədə yenidən zəhər biznesi bərpa ediləcək. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun yaydığı məlumata görə, institutda gürzə, əqrəb, qurbağa, arı zəhərinin alınması yönündə işlərə başlanılır. 
İnstitut Kür-Araz və Qobistan ərazilərində yaşayan gürzələrdən xammal kimi istifadə etməklə il ərzində  2 kq-a qədər zəhər əldə edib xaricə satışını təşkil etməyi düşünür. Həmçinin institut quru qurbağaların və əqrəblərin xüsusi iki növündən istifadə edərək  çox qiymətli zəhər məhsulu əldə etmək istəyir.
Təbii heyvan zəhərindən gələn gəlirin dövlət büdcəsinə nə kimi faydası olacaq?
Vaxtilə SSRİ məkanında Azərbaycan ilan zəhəri istehsalına görə lider ölkə hesab edilirdi. Məlumata görə, dünya üzrə gürzə zəhərinin 70 %-i ölkəmizdə istehsal edilib. Təkcə Tallin zavoduna hər il 3 kq quru gürzə zəhəri göndərilirmiş.
Son məlumatlara görə, dünya bazarında bir qram ilan zəhərinin qiyməti təxminən 1000 dollardan yuxarıdır.
İqtisadçı ekspert Vüqar Bayramov bu barədə “Yeni Müsavat”a danışıb:
 “Qeyd etdiyiniz kimi, bu sahə əvvəllər sovet dövründə inkişaf etmiş və ənənəyə malik olan sektorlardan idi. Azərbaycan həmin dövrdə həm daxili bazarı həm də bütün MDB ölkələrini ilan zəhəri ilə təmin edirdi. Çox təəssüf ki, sonralar bu təssərüfat dağıldı, ilan zəhərinə maraq xeyli azaldı.
Lakin bu sektor ənənəvi olduğu üçün onun bərpası mümkündür. Nəticədə ölkə daxilində və xaricdə müəyyən dərman preparatları üçün xammal əldə ediləcək. Xüsusən də son illər MDB ölkələrində ilan zəhərinə böyük ehtiyac var. Bu baxımdan bu sektor bərpa edilərsə dövlət büdcəsinə xeyli gəlir daxil olar. Ən əsası yeni iş yerləri yaranar, məşğuliyyət artar”.
Zəhərlərin müalicəvi əhəmiyyəti
Tibb elmləri doktoru, professor Adil Qeybulla ilan zəhərinin əhəmiyyəti barədə danışıb:
“Dünyada, o cümlədən ölkəmizdə ilan zəhəri strateji əhəmiyyətə malikdir. İlan sancması zamanı işlədilən zərdab ilan zəhərindən hazılanır. O cümlədən bir sıra dərman preparatlarında ilan zəhərindən istifadə edilir. Xüsusən insan orqanizmində baş verən duzlaşma və revmatizm kimi xəstəlilkərin müalicəsində əvəzedilməz effekt göstərir”.
Professor əqrəb, qurbağa, arı zəhəri barədə də məlumat verib:
“Həmin canlıların da zəhərindən istifadə edilir. Lakin Azərbaycanda bu cür zəhərlərdən istifadə o qədər də geniş yayılmayıb. Daha çox müəyyən dərman preparatların hazırlanmasında istifadə edilir”.
Qeyd edək ki, arı zəhəri barədə bir çoxları xəbərsizdirlər. Halbuki aparılan araşdırmalar zamanı məlum olub ki, arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində böyük əhəmiyyətə malikdir.
Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Həmçinin ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir.
Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan ordusu ilə bağlı şok faktlar fotolarda

Next Post

Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq? – Açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq? - Açıqlama

Suriyaya ordu göndərən Rusiyanı SSRİ-nin taleyi gözləyir - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.