"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərbdəkilərin xaos “probirkala”rından siyasi dustaq düzəltməklikləri

11 Sentyabr 2015 - 19:53
in KÖŞƏ YAZILARI, XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bəziləri bu fikirdədirlər ki, Avropa Parlamentinin Azərbaycanla bağlı dünənki qətnaməsi, ümumiyyətlə, Qərbdəki bəlli çevrələrin səsləndirdikləri tənqidlər oradakıların `siyası məhbus` kimi qələmə verdikləri adamların tutulmasına görədir. Onlar açılıb buraxılsalar susar, bizə qarşı qərəzli ittihamlar səsləndirməzlər. Nə qədər yanılış bir yanaşmadır.

Azərbaycana edilən basqılarının arxasında Leyla Yunus və ona bənzərlərin tutulması yox, rəsmi Bakının milli maraqlara dayanan siyəsət yeritməsi durur. Bəli, qərbdəkilər ölkəmizi tənqid edərəkən məhz siyasi dustaq adlandırdıqlarının, daha dəqiqi isə onların arasındakı 3-5 nəfərin adlarını çəkirlər. Amma ona görə yox ki, həmin adamları həqiqətən də suçsuz sayır, bir insan olaraq onlara canları yanır. Əgər elə canıyanan olsa idilər, Yaxın Şərqi odlara qalamaz, oradakı xaosdan qurtulub qaçanların isə başlarına it oyunu açmazdılar.

`İt oyunu` sözü deyəsən yerinə düşmədi. Çünki hazırda Avropada Yaxın Şərqdən qaçanlarla davrandıqları kimi itlə davransa idilər, minlərlərə adam ayağa qalxar, mediada heyvan haqları ilə bağlı son zamanlar ard-arda qəbul edilən qanunlar xatırladılar və bu vəhşiliyi pisləyərdilər. İndi isə ya razılıqla qarşılayır, ya da susurlar. Düzdür, qaçqınlarla bağlı Avropada yaranmış vəziiyəti tənqid edənlər də var. Ancaq həmin tənqidlər qaçqınları bu günə salanalar, vəhşicəsinə davranalardansa onların özlərinə qarşı yönəlib.

Açıqca deyilir ki, niyə xarabazarlığa çevirdiyimiz ölkənizdə digər soydaşlarınız kimi haçan sizin də öldürüləcəyinizi gözləməyib bura üz tutursunuz? Bunu ona görə xatırladıram ki, qərbdəki bəlli çevrələr üçün Yunusla Yaxın Şərqdəki xaosdan qaçıb Avropaya sığınmaq istəyən, ancaq bu zaman təhqir və məhrumiyyətlərlə üzləşən Əl-Yunus arasında elə də fərq yoxdur. Birinci Yunus ikincidən ona görə onlara əzizdir ki, məhz belələrinə dayanıb Azərbaycanı da Yaxın Şərqdəki bəzi ölkələrin gününə salmaq istəyirlər. Onlar üçün Leyla Yunus və ona bənzərlər insan deyil, xaos “probirka”sı kimi əhəmiyyətlidirlər. Fikirləşirlər ki, belə “probirkalar” nə qədər çox olsa və nə qədər nəzarətsiz buraxılsalar, ölkəmizlə bağlı istəklərini bir o qədər uğurla reallaşdıra bilərlər.

Elələrini ona görə siyasi məhbus adlandırırlar ki, onlar islamafob çevrələrin, “ən yaxşı müsəlman ölmüş müsəlmandır” deyənlərin, erməni diasporunun, bizimlə ancaq özlərinə sərf edən yeni kontraktlar bağlamağa çalışan və “yox” cavabı alan trnasmilli şirkətlərin tapşırıqlarını yerinə yetiriblər. Bilərəkdən, yaxud da bilməyərəkdən. Həmin adamların azadlığa buraxılmalarının istənilməsinin arxasında da onların azad olunmaları niyyətindən daha çox “Azərbaycan biz deyən və biz istəyən kimi hərəkət etməlidir” tələbi dayanır.

Bir sözlə, qərbdəki bəlli çevrələrin Azərbaycanı ona görə gözü götürmür ki,

1) neftdən gələn gəlirlər onların istədiyi kimi yox, ölkə və ordu quruculuğuna yönəldilib,

2) BP və digər transmilli şirkətlərin yeni kontraktlarla bağlı, ancaq onların maraqlarına xidmət edən təklifləri rədd olunub,

3) Türkiyə-Ermənistan sərhədlərinin açılmasında rəsmi Bakı sonadək dirəniş göstərib, qərbdəkilərin geosiyasi maralaqları reallaşsın deyə, Dağlıq Qarabağ məsələsində onların umduqları güzəştlərə getmək istəmir, hansı yolla olursa- olsun, torpaqları geri qaytarmağa çalışır,

4) Qərbin ayrı-ayrı dövlətlərə, məsələn Rusiyaya qarşı yeritdiyi siyasəti ancaq öz milli maraqları prizmasından qiymətləndirir və buna da uyğun hərəkət edir,

5) Nəhayət, bizim etdiyimiz və etməyə çalışdıqlarımız onların müsəlman ölkəsi haqqındakı doqmaları ilə üst-üstə düşmür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident: “Ermənistan özünü səmimi və konstruktiv aparmır”

Next Post

Rəsmi Bakıdan qorxulu addım

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rəsmi Bakıdan qorxulu addım

Müşfiq Əmirov tutduğu vəzifədən azad edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.