"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səfir Fuad İsgəndərov: “Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür edilir, açıqda isə başqa cür davranılır”

12 Avqust 2014 - 15:51
in MÖVQE

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad922c75b871e6e23017066d832176043a İsgəndərov Avropanın nüfuzlu xəbər portalı olan və xüsusilə də Aİ institutlarında geniş oxucu auditoriyası olan “EU Reporter” qəzetinə müsahibə verib.

 

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, müsahibədə Azərbaycanın Aİ ilə münasibətlərindən bəhs edən səfir Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda Aİ tərəfindən vətənə xəyanətdə günahlandırılan şəxslərə dəstək ifadə edən bəyanatların verilməsinin qəbuledilməz olduğunu söyləyib, bunu yanlış zamanda atılmış yanlış addım kimi qiymətləndirib. O, tərəflər arasında mövcud olan dialoqda hər zaman mənfi cəhətlər axtaran Aİ-nin ikili yanaşmasını tənqid edib: “Son il ərzində əməkdaşlığımızda baş vermiş müsbət irəliləyişlərin və qarşılıqlı faydalı inkişafın, məsələn, 4 mühüm sazişin imzalanması və 45 milyard avroluq enerji layihələrinin razılaşdırılması kimi məqamların Aİ-nin Xarici Fəaliyyət Xidməti və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarlığının mətbuat katibləri tərəfindən bir dəfə də olsun dəyərləndirilməyib. Lakin Avropa Komissiyasının prezidenti Barrozonun Bakıya səfəri zamanı Azərbaycanla əhəmiyyətli dialoqun qorunub saxlanılması və onun strateji məqsədlərinin yerinə yetirilməsinə yardımçı olmağa hazır olduqları bəyan edilib”.

 Bu vəziyyəti coğrafi və bürokratik paradoks adlandıran səfirin sözlərinə görə, Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir, hətta digər “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir, açıqda isə başqa cür davranılır.

 Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına hər zaman lazımı diqqəti göstərdiyini vurğulayan F. İsgəndərovun sözlərinə görə, Azərbaycan ölkədə demokratik standartlara nail olmaq istəməsə, Avropa Şurasına qoşulmazdı. Azərbaycanın dövlətçilik və cəmiyyətin inkişafı ilə bağlı tənqidin faydalarından yaxşı xəbərdar olduğunu söyləyən diplomat, Leyla Yunusla bağlı verilmiş bəyanatın bu sağlam trendlə heç bir əlaqəsinin olmadığını qeyd edib. O, vətənə xəyanətdə günahlandırılan bu şəxsin hamı kimi qanun qarşısında cavab verməli olduğu vurğulayıb.

 F. İsgəndərov həmçinin, son zamanlar vətəndaş cəmiyyətindən “Şərq Tərəfdaşlığı” ölkələri də daxil olmaqla, gənc ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə qarşı alət kimi istifadə olunması tendensiyasının müşahidə olunduğunu söyləyib. O, Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq qurmağa hazır olduğunu qeyd edərək, bunun sadəcə Azərbaycanın istəyi olmadığını, ilk növbədə Avropanın ölkənin bölgədəki mühüm tarixi və coğrafi rolunu diqqətə alaraq belə bir tərəfdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycanın ən yaxşı Avropa təcrübəsini dəyərləndirdiyini söyləyən səfir bunun heç də “dərs almaq” anlamına gəlmədiyini və ikisi arasındakı fərqin başa düşülməli olduğunu bəyan edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 100 təhsil alana 47 qadın və 53 kişi düşür

Next Post

Neft Daşlarında çürümüş qadın meyiti tapılıb – FOTO

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Neft Daşlarında çürümüş qadın meyiti tapılıb - FOTO

Dmitri Medvedev: “Sanksiyalar bizi qorxutmur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.