Daha bir nəhəng şirkət Azərbaycanı tərk etdi

Hazırda İsveçin “Telia Sonera” şirkətinin “Azercell”i tərk etməsi barədə danışıqlar gedir.

ANS PRESS-in məlumatına görə,”Azercell”in baş direktoru vəzifəsini icra edən Vahid Mürsəliyev xəbəri təsdiqləyib: “Bu istiqamətdə müzakirələr aparılsa da, hələlik dəqiq nəticə yoxdur”.

“Telia Sonera” qrupu Azərbaycanın ən iri mobil rabitə şirkəti “Azercell”in səhmlərinin 38,1%-nin sahibidir. Amma “Telia Sonera”nın Azərbaycanı tərk etməsi “Azercell”lə bağlı məsələ deyil, çünki şirkət yetərincə uğurla işləyir. Yəni dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan “Telia Sonera” şirkətlər qrupunun işləri Azərbaycanda da önəmli yer tutur. “Azercell” hazırda Azərbaycanın mobil rabitə bazarında 51,3%-ə malikdir. “Azercell”in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil edib.

“Azercell”in quruda və dənizdə əhatə dairəsi

Bununla belə, “Telia Sonera” dan məlumat verildi ki, şirkət Avrasiya regionunda fəaliyyətini məhdudlaşdıracaq. Qurum bu məlumatın Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistana aid olduğunu bildirir.

Əslində isə “Telia Sonera” Özbəkistan telekommunikasiya bazarında korrupsiya iddiaları ilə bağlı iri qalmaqal üzündən regionu tərk edir. 2014-cü ildən başlayaraq şirkətin Özbəkistandakı fəaliyyəti ilə bağlı istintaq aparılır. Bu ilin yayında isə ABŞ Ədliyyə Nazirliyi banklardan şirkətin hesablarında olan 300 milyon dollara həbs qoyulması tələbi ilə çıxış edib.

“Telia Sonera”nın Avrasiyada əhatə etdiyi ölkələr

ABŞ istintaq qrupunun versiyasına görə, “Telia Sonera” və tərəfdaşları Özbəkistan bazarına daxil olmaq üçün bu ölkənin məmurlarına rüşvət verib. Pullar Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın rəfiqəsi Qayane Avakyana məxsus “Takilant” şirkətinin hesabına köçürülüb.

Təbii ki, Yohan Dennelind bu məsələlərə toxunmayıb və bildirib ki, dünya telekommunikasiya bazarında gedən sürətli dəyişmələr üzündən şirkətin İdarə Heyətini diqqəti Avropa və İsveçə yönəltmək barədə qərar çıxarıb. “Biz anlayırıq ki, bu, çox mürəkkəb məsələdir və müəyyən vaxt aparacaq. Biz bu prosesi bazardan bazara keçirməklə gerçəkləşdirmək istəyirik. Çünki hər bir biznes və ölkə öz unikal situasiyası ilə fərqlənir”,- deyə Yohan Dennelind vurğulayıb.

Yohan Dennelind – “Telia Sonera” prezidenti

“Telia Sonera” prezidenti həm də bildirib ki, Avrasiya əməliyyatlarının, ilk öncə korporotiv idarəetmə və dayanıqlı inkişaf perspektivlərinin yaxşılaşdırılması üzrə gerçəklişdirilən iki illik gərgin fəaliyyətdən sonra regionda uğurla idarə edilən şirkətlər qoyub gedirlər: “İndi bizim gözəl və daha yaxşı idarə olunan şirkətlərimiz var, ümid edirik ki, gələcəkdə onları başqaları da uğurla inkişaf etdirə bilərlər”.

Yəni “Telia Sonera”nın Azərbaycanı tərk etməsi “Azercell”in işinə elə də ciddi təsir etməyəcək. Çox güman ki, sadə “Azercell” abunəçisi bunu hiss etməyəcək. Yəqin ki, “Telia Sonera”nın ölkədən geri çəkəcəyi pulların yerini yerli vəsaitlər tutacaq və Azərbaycanın ən rentabelli şirkətlərindən birinin gəlirlərinin böyük hissəsi ölkədə qalacaq. Yəni hər şey yaxşılığa doğru gedir.

Bunu da oxuyun

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728