ABŞ Avropa ərazisində 12 “A-10 Thuderbolt II” bombardmançı təyyarə yerləşdirəcək. Onlara şəxsi heyətin 300 nəfəri xidmət edəcək. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Avropa komandanlığının mətbuat xidmətinə istinadən xəbər yayılıb.
“ABŞ HHQ-nin 12 “A-10 Thuderbolt II” təyyarəsi bütün Avropa üzrə NATO təlimləri çərçivəsində təhlükəsizlik tədbirlərinin davamı kimi yerləşdiriləcək. Onlara xüsusi olaraq şəxsi heyətin 300 hərbçisi xidmət edəcək, hücum təyyarələri ilə birgə əlavə avadanlıqlar da göndəriləcək” – deyib xidmətin rəsmisi, ABŞ HHQ podpolkovniki Devid Bestover.
Onun sözlərinə görə, bombardmançı təyyarələrdən ABŞ və müttəfiqlərinin birgə təlimləri zamanı istifadə ediləcək.
Qeyd edək ki, NATO təlimləri Ukraynadakı situasiya ilə bağlı alyansın Şərqi Avropada olan üzv dövlətlərinə qarantiya vermək məqsədi güdür.




