"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mən sənin şəklini yox, özünü sevdim, ay dəli!

23 Sentyabr 2015 - 14:15
in KÖŞƏ YAZILARI

anar_yusubov_main_200715-300x225Anar YUSİFOĞLU

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Ağır idi sevdiyi insan haqqında bu qədər sarsıntılı düşünmək. Onun xəyalındakı qadınla sevdiyi qadın üst-üstə düşməliydi.

Bəzən özü üçün həqiqətlər uydururdu. Amma həm də Allahın yaratdığına redaktələr etməkdənsə, onları olduğu kimi qəbul etməyi daha məqbul sayırdı. Bir az da ciddidən yanaşanda fikirləşirdi ki, onun ağlına gələn? Əlbəttə, Allahın da nəzərə aldıqları nəsnələr sırasında ola bilər. Çünki Allah özü müqəddəs kitabında buyurmuşdu: “Yoxdu elə bir olay ki, biz ona qarşılıq nümunə söyləməyək”.

İndi də əminliklə düşünürdü. Əgər onun ürəyindən məhz elə bir sevgili insan keçirsə, deməli, o qadın var. O qadın gecələri vətən ola bilən qadın idi.

İndi Nazlını saf-çürük edirdi. Götür-qoy edirdi bütün parametrlər üzrə. Nazlı gözəl idi. Yox, Nazlının fiziki parametrlərinə görə elə düşünmürdü. Çünki Nazlının gözlərini, yaxud simasını, bəlkə də, bütün vücudunu ədəbiyyat üzrə təsnifatlandırsaydı, Bulqakovun “Master və Marqaritası”dakı Marqo kimi elə də qələmə ala bilməzdi. Heç Tolstoyun Anna Kareninası da deyildi. Sadəcə, Azərin sevdiyi idi. Azər üçün Nazlının gözəlliyi sürprizlərindəydi, gözləmədiyi halda fədakarlığındaydı. Məsələn, Nazlı ondan pul istəmirdi və belə getsə, heç vaxt da istəməyəcəkdi.

Azər vaxtını ona sərf edəndə Nazlı işıq saçırdı. Əslində, Azər Nazlının sevgisini buna görə qazana bilmişdi. Həm də Azər o biri kişilər kimi onun haqqında düşünməmişdi ki, qadınlar qulaqlarıyla sevir və pulu sevir…

Azər naturaca sevdiyi qadının qulaqları üçün çalışmırdı. Azər əməl adamıydı və göz üçün, ağıl üçün can qurban edirdi. Qarşılıqlı olaraq Azərlə Nazlını birləşdirən hər mərhələnin öz özəlliyi vardı. İlk əvvəllər Azər “şəklini gözlərimin üfüqündə asmışam, səni görməsəm, yata bilmirəm”, – demişdi. Nazlı da iki-üç ay keçəndən sonra hissolunmadan şəkli götürmüşdü divardan. Və… bir neçə gündən sonra çox pis acılamışdı Azəri: “Sən yalançısan, Azər, yalançı”.

Azərin andlarını eşidən kafir olsaydı belə, inanacaqdı, amma Nazlı inanmadığına görə Azərin andlarını təkrarlayıb əksini iddia edirdi:

– Nazlı, mən inanaraq səni belə gözəl sevə bildim. Mənə inandığına inanaraq sevdiyinə inandım, amma nədən bu yalançılıq iddiası? De, elədirsə etiraf edərəm. Günahımı yumaq üçün təkcə üzr istəmərəm, cəza istəyərəm səndən. De.

– Bəs deyirdin məni görməsən yata bilməzsən? Hanı şəklim gözlərinin üfüqündən üç gündü itib, hanı bəs…

Azəri sanki iflic vurdu. Çökdü. Qaraldı. Şəkil yerində deyildi.
Amma bu evə Nazlıdan başqa kimsə ayaq basmamışdı.

Azər vəhşi kimi bağırdı:

– Neyləmisən şəkli? Səni bağışlamayacam. Sən mənim ən qəddar düşmənimin belə cəsarət etmədiyi addımı atıbsan. Sən mənim inancıma toxunmusan. Burnumun ucundan, ağzımın içindən aparmısan istədiyimi.

Azər sevgilisi qaçırılmış adamın havalanmaqdan edə biləcəyi bütün dəlilikləri edirdi və qəribəsi də oydu ki, Nazlı titim-titim titrəyir, Azərin artistlik etmədiyinə əmin idi. Nazlı əmin idi ki, Azər bu dəqiqə, elə lap indicə öləcək. Yalvarırdı Azərə. Özünün, Azərin, sevgisinin xilası üçün.

Tanışlıqlarının əvvəlində sözarası Azər Nazlını xəbərdar etmişdi ki, qəfil burnundan qan açılsa, dodağı səyirsə, həmən həkim çağırsın harada, hansı vəziyyətdə olmalarından asılı olmayaraq. Nazlı indi çıxılmaz vəziyyətdə idi. Amma həkim çağırmaq lazım idi. Azərin burnundan qan da açılmışdı, təkcə üst-başı yox, evi də qana bələnmişdi. Dodağı isə dayanmadan səyirirdi.

Çağırışa gələn həkimlər Azərin hələ bir müddət tərpənməsinə və danışmasına qadağa qoydular, “Amitriptilin”i isə maksimum dozada təyin etdilər.

Azəri tək qoymaq olmazdı.
Nazlı getməliydi.
Həkimlər isə ağır diaqnoz qoymuşdular.
Bir neçə gün davam etdi bu və Azər haçan oyandısa, Nazlını başının üstündə gördü.

Azərin sifəti yalnız həftəsonu açıldı. Nazlı nə qədər qabağını almağa çalışsa da, Azər özündən məhrum olduğu həmin o ana qayıtmağa can atırdı.

– Sən haqlısan ittihamında, Nazlı. Amma mən yalançı deyiləm. Bilmək istəyirəm necə olub diqqətimdən yayınıb, hiss etməmişəm o üç gündə yoxluğunu. Axı…

– Hə, bilirəm, evə məndən başqa heç kim gəlmir, sən ancaq mənim üçün və mənə görə yaşayırsan. Ancaq mən də səhv elədim, nəzərə almadım, bağışla!

Azər sarsıntı içində çabalayırdı. Nazlını inandırmalıydı. Eynən oxşar hərəkəti etməliydi. Aradakı pərtlik isə davam edirdi.
Onun xəyalındakı qadınla sevdiyi qadın üst-üstə düşməliydi. O səhv edə bilməzdi. Bunu özünə sübut etmək üçün düşünüb çarə tapmalıydı.

Günlərin birində Nazlı söhbəti tələm-tələsik bitirib paltar asmağa getdiyini söylədi. Həmən də Azərin ağlına gəldi ki…

Üstündən bir ay keçmiş Azər təmkinini pozmadan çox sakitcə Nazlının gözlərinin içinə baxa-baxa dedi:

– Həmişə uşaqlarını qabağıma Çin səddi çəkirsən, amma saxtasan, heç uşaqların vecinə deyil.
Nazlı anladı ki, Azər özünün haqlı olduğunu sübut etmək üçün deyir və yəqin, nəsə qələt qarışdırıb. Boynundan sallaşıb üzündən öpə-öpə soruşdu:

– Nədir yalanım, mənim dəli başdanxarabım?

– Bir aydan çoxdu oğlunun köynəyini zivədən götürmüşəm, xəbərin yoxdu ki, əzizinin köynəyi itib.

– Gözüm oğluma öyrəşib, əyninə yox, – deyərək Nazlı şaqqanaq çəkdi. Sənin mənə öyrəşməyini istəyirdim, şəklimə yox. Sən mənim vətənimsən, dəli başdanxarab. Mən sənin vətənin olmaq istəyirdim, istəyirəm, sadəcə, sevdiyin şəkil yox. Mən hər gecə sənin vətənin olub, səhər sənin üçün doğulmağa gəlmişəm. Eh, Azər, Azər… Elə deyirsən e, başqaları da sənin haqqında deyirlər e, savadlı, savadlı, Freydi yaxşı oxu!

– Bəs…

– Zəhrimar bəs, o gün saxtalığın da üzə çıxa bilərdi, amma sevgin üzə çıxdı. Sən mənim ən vətənpərvər sakinimsən. Özünü də hamıdan xoşbəxt say. Səni gecələr də vətənin sevir, sənə vətən olan səni sevir, ay dəli! (trend)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanla sərhəd bölgəyə sensasion mesaj: “Qaz gözləməyin, çəkilməyəcək”

Next Post

Müsavat başqanı xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Müsavat başqanı xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Ramin Hacılının namizədliyi qeydə alındı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.