"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Paşazadənin xilas etdiyi paşazadənin cəzası

23 Sentyabr 2015 - 14:51
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 img1830847
“Gənclər arasında mübahisə düşüb. Biri o birinə bıçaqla yüngül xəsarət yetirib”. Bu cür xəbərləri oxuyanda adamda heç bir emosiya doğurmur.
Bir də var o xəsarət yetirmə anının görüntüləri.  Bıçaqlama prosesinin sürəkliliyini, detallarını videokadrlardan seyr etdikcə izləyicidə yaranan emosiyalar dəyişir, təəssüfün yerini dərin hiddət alır.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin 6 ay öncə restoranda ofisiantı bıçaqlamasını əks etdirən görüntülərin ictimailəşdirilməsi insanlarda məhz ikinci emosiyanı yaradıb.
Heç demə, bu, adi bir bıçaqlama deyilmiş. Burada iki gəncin sözünün çəpləşməsi, birinin əsəbini cilovlaya bilməməsi və hər hansı bir ağır sözdən qəzəblənərək, rəqibini qəfil bıçaqla vurması halı yoxdur.
General oğlu hansısa səbəbdən (güman ki, o da ciddi bir şey deyil) gənc ofisiantı restoranın içində dəqiqələrcə teyləyir. Adam qaçıb mətbəxdə gizlənir, xeyri olmur, Tamerlan gəlib qapının şüşəsini qırır, içəri keçir, əlində bıçaq onu təqib edir. Ofisiant masaların başına fırlanır, hiddətlənmiş paşazadənin bıçağından qorunmağa çalışır, o isə əl çəkmir, ofisiantı söyə-söyə ona çatmaq, dəlmə-deşik etmək istəyir. Harayçılar ona mane ola bilmirlər, yalvar-yaxarlar nəticə vermir. Daha sonra ofisiant özünü birtəhər liftə çatdırır, general oğlu bir saniyə fərqlə bağlanan liftə çata bilmir, liftin qapısını təpikləyir, hiddəti isə azalmır. Sonra kadrlar sürətlənir, adamlar ora-bura qaçışırlar. Nəhayət, o məqsədinə çatır:  ofisiant  artıq bıçaqlanıb, köynəyi qarın nahiyəsindən al qandır, general oğlu bir qədər sakitləşib. İndi harayçılar bıçaqlanmış ofisiantın qisas aktının qarşısını alır, rəqibini qanına qəltan edərək eqosunu doyurmuş  Tamerlanı aparırlar. İş bitmir, o yenə gəlir, ofisiant qanlı köynəyi çıxarır. Dava təzədən qızışır. Axırda fiziki cəhətdən cüssəli ofisinat özündən zəif birinin qabağından qaçmaqdan bezir, yaralı olduğu halda general oğluni bir həmlə ilə götürüb, “canın bu deyilmi” ədasıyla  yerə  çırpır. Bu da o demək olur ki, bayaqdan bəri ofisiant canının qorxusundan yox, general oğluna xəsarət yetirib tutulmaqdan, azadlığını itirməkdən qorxurmuş.
Film bundan ibarətdir və heç də Hollivud trillerlərindən az duyğusal deyil. Burada rejissor, aktyor, operator işi yoxdur, “filmə çəkilənlər”in sifətini iri planda göstərmirlər, amma epizodların dramatizmi göz önündədir və o, bu kadrları izləyənlərin, demək olar ki, hamısının emosiyasına təsir edir. 
İndi belə bir cinayət işi yat-yut edilib. Zərərçəkən hardadır, bilinmir, zərərvuran isə aramızdadır, yenə də restoranlara gedir, yollarda avtomobil sürür.
Bəlkə də o, özünü daha ağıllı, daha təmkinli aparır. Nə də olmasa, təcridxana divarları, müstəntiq, nəzarətçi görüb, azadlığının məhdudlaşdırıldığını hiss edbi. Amma bu, onun islah olunmasına yetdimi? Bəs etdimi? Kim təminat verə bilər ki, bu gənc növbəti bu sayaq epizodlarda heç nə üstündə hiddətlənərək, baş qəhrəmana çevrilməyəcək?
6 ay öncə general Əsədullayev cinayət törətmiş oğlunu öz əli ilə istintaqa təhvil verəndə alqışlanmışdı. Onun əsl səbəbləri indi məlum olur. Bu işdən yaxşı sıyrılmaq üçün ən düzgün yol bu imiş. Əks təqdirdə məsələ böyüyəcək, qalmaqal yaranacaq, hüquq-mühafizə orqanları fakt qarşısında qalacaqdı. Ancaq orqanlar çevik tərpəndilər və Faktı həbs edərək söz-söhbətin böyümüsənə imkan vermədilər. Budur, adam azadlıqdadır.
Belə olacağını o zaman da yazanlar vardı. Onlar qeyd edirdilər ki, qoy ara sakitləşsin, düzüb-qoşub Tamerlanı yüngül cəza ilə azad edəcəklər. Çünki ortada general və onun quda olduğu Qafqaz şeyxi Paşazadə var. Əminliklə deyilənə görə, oğlunun hərəkətindən məyus olan general işə qarışmayıb, məhz Paşazadə müdaxilə edərək öz bacısı oğlunu, gənc paşazədəni (general oğlunu) məhbəsdən xilas edib.
Onun aldığı cəza törətdiyi əmələ uyğun deyil, çox yüngüldür.  O, şüurlu şəkildə adam öldürmək qəsdi ilə yarım saat ərzində, silsiləvi hərəkətlər edir, yalvaranlara, ona mane olmaq istəyənlərə məhəl qoymur, istədiyini edir və… axırda şərti iş alır.
Müsavat fəalı, universitet müəllimi, publisist, ziyalı Yadigar Sadıqov isə davadan qaçmaq üçün çay içdiyi çayxananı tərk edir, ardınca düşüb təxribata çəkirlər, Yadigar yenə də təmkinini qoruyaraq rəqibinə bir çırtma da vurmur, amma ona öyrədilmiş şəxsin saxta ittihamları ilə şərləyərək 6 il iş verirlər. Lap doğrudan da belə bir iş olsaydı, yəni Yadigar Sadıqov  üstünə hücum edən şəxsə bir şillə vurmuş olsaydı da, cəzası bu qədər ağır olmamalıydı. Yarım saat boyunca əlibıçaqlı şəkildə qurbanını qovan, önündəki maneələri itələyən, təpikləyən, sındırıb-qıran  adamın törətdiyi ilə müqayisədə bir şillə nədir ki. Bir şilləyə 6 il, ölümə qəsdə – şərti iş? Ədalət bumu?
Qoy ədalət zəfər çalsın!
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rumıniya azərbaycanlı milyarderin hesablarının 50 faizini dondurdu

Next Post

Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Bakıdakı evləri satıb xaricdə mülk alırlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.