
Rusiya Suriyaya modern silahlar, eləcə də təyyarə və helikopterlər göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsədin tərəfində vuruşan “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah “Röyter”ə açıqlamasında bildirib.
Nəsrullah qeyd edib ki, Moskvanın Dəməşqə silah yardımını alqışlayır. “Hizbullah” lideri qeyd edib ki, Rusiya ABŞ-ın İŞİD qruplaşması ilə mübarizədə uğursuluğundan sonra münaqişəyə bilavasitə müdaxilə etmək qərarına gəlib.
Sentyabrın 22-də Pentaqon kosmosdan çəkilmiş şəkilləri yayaraq iddia edib ki, Rusiya Suriyaya 24 ədəd Su-30 və 12 ədəd Su-25 qırıcıları, eləcə də 15 ədəd Mi-17 və Mi-24 helikopterləri göndərib. Bu hərbi texnikalar, eləcə də 36 ZTR, 9 tank və iki HHM sistemi Suriyanın Latakiya şəhərindəki hərbi aerodroma An-124 təyyarəsində gətirilir.



