"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pentaqonun Bakıya yaxınlaşmasının əsl səbəbi – ŞƏRH

28 Sentyabr 2015 - 16:21
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi yalnız Azərbaycanın deyil, ABŞ-ın da maraqlarına cavab vermir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Pentaqon-Azərbaycan münasibətlərini şərh edib.

ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkas sentyabrın 18-də Azərbaycana səfər etdiyimni xatırladan politoloq deyib ki, Azərbaycan rəsmiləri Pentaqon təmsilçiləri ilə görüşlərə daha çox maraq göstərirlər: “Dövlət Departamentinin nümayəndələrindən fərqli olaraq Pentaqon təmsilçiləri insan haqları və demokratiyadan danışmırlar. Rəsmi Bakı bu mövzuları Azərbaycanın daxili işi hesab edir. Bu mənada Evelin Farkas Azərbaycanla münasibətlərin strateji əhəmiyyət daşıdığını bildirdi.

Pentaqon rəsmi Bakı ilə bir neçə mövzuda əməkdaşlığını davam etdirir: Əfqanıstana texniki dəstək, beynəlxalq terrorizmə qarşı mübarizə və boru xətlərinin təhlükəsizliyi. Rəsmi Bakı bu 3 mövzuda Pentaqonla əməkdaşlığın davam etdirilməsində maraqlıdır”.

Politoloqun fikrncə, Kremlin son zamanlar Cənubi Qafqaz istiqamətində fəallaşması, intensivləşən Moskva-Bakı təmasları da Pentaqonu narahat edir. “Evelin Farkasın Bakıya səfəri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunun artması xəbərlərinin yayıldığı dövrə təsadüf etdi. Farkas ondan əvvəl Bakıya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinin mahiyyəti ilə maraqlanmamış deyildi.

Evelin Farkas Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin Rusiyanın Qarabağ münaqişəsinin həllində artan fəallığı ilə bağlı suala belə cavab verdi ki, Rusiya ATƏT-in Minsk qrupu prosesində iştirak edən ölkədir və onun hansısa planı varsa bu Minsk qrupunun digәr üzvlәri ilә birlikdә şәffaf şәkildә nәzәrdәn keçirilməlidir”.

Pentaqon təmsilçisinin bu sözləri o deməkdir ki, Vaşinqton Moskvanın təkbaşına vasitəçiliyinə mənfi yanaşır və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinin əleyhinədir. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi yalnız Azərbaycanın deyil, ABŞ-ın da maraqlarına cavab vermir.

Birincisi, Rusiya Azərbaycan üzərindən İranla sərhəddə çıxacaq.

İkincisi, Kreml Azərbaycanın daxili və xarici siyasətinə təzyiq imkanı əldə edəcək.

Üçüncüsü isə Moskva Bakıya təzyiqi artırmaqla bölgənin enerji resurslarının Avropaya daşınmasına mane olacaq.

Buna görə də Pentaqon təmsilçisi Lavrovdan sonra Azərbaycana səfər etməklə həm Bakı, həm də Moskvaya Vaşinqtonun mesajını çatdırıb ki, Rusiyanın Cənubi Qafqazda təkbaşına hegemonluğunun əleyhinədir və Kremlin bu planlarını pozmaq üçün əlində imkanlar var”- deyə E. Şahinoğlu bildirib.

AzVision.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vaqif Əsədov: Onlara söz təsir etmir…

Next Post

Yanan binanın Fərəhsiz mənzili – Fotolar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yanan binanın Fərəhsiz mənzili - Fotolar

“London taksiləri”ndə gediş haqqı artdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.