
Oktyabrda Suriya Beynəlxalq Təmas Qrupunun biraraya gələcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “RIA” agentliyi yayıb.
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya, İran, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin “Suriya Beynəlxalq Təmas Qrupu” olaraq, oktyabrda biraraya gələcəyini bəyan edib.
M.Boqdanov Birləşmiş Millətlər Təşkilatı ilə işbirliyinin və BMT-nin Suriya təmsilçisi Staffan de Misturanın da görüşmələrə qatılmasının vacib olduğunu bildirib.
Nazir müavini həmçinin digər ölkələrin də görüşmələrə qatıla biləcəyini qeyd edib.



