
Səudiyyə Ərəbistanının kralı Salmanı hakimiyyətdən devirmək etmək istəyənlərin olduğu iddia edilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.
Səudiyyə Ərəbistanında bir şahzadə Həcc zamanı yaşanan faciədən sonra Kral Salmanın hakimiyyətində çevriliş etmək üçün çağırış edib.
Səudiyyə Ərəbistanının qurucularından Əbdüləziz İbn əl-Suudun nəvələrindən biri olan şahzadənin hakim ailəyə məktub yazdığı və liderliyin dəyişməli olduğunu bildirib.
Kral Salmanın taxta çıxdığı gündən bəri ölkədə ciddi narahatlıqlar olub.
Şahzadə “Kral heç bir şey etmir. Onun yerinə hakimiyyəti oğlu idarə edir” sözlərini məktubuna əlavə edib.
Şahzadə əmilərinin toplaşıb, kralın yerinə gələ biləcək yeni namizədi müzakirə edəcəklərini də bildirib.



