"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerikalı ravvin erməniləri ifşa etdi

03 Oktyabr 2015 - 09:02
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İsrailin Birləşmiş Ştatlarda populyar olan “The Times of Israel” qəzetində amerikalı ravvin İzrail Barukun “Nifrəti və tolerantlığın yoxluğunu necə dəf etməli…Mən sionist əclaf deyiləm” sərlövhəli məqaləsi dərc olunub. Müəllif məqalədə erməni oxucularının ittihamlarına cavab verir və erməni hərbçilərinin Azərbaycandakı cinayətlərinin təfsilatını açıqlayır.

İ.Baruk yazır ki, əvvəlki məqaləsində o, özünü “İrak Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın (İŞİD) silahlıları tərəfindən Suriyanın mədəni irsinin amansızcasına məhv edilməsinin, habelə ermənilərin Azərbaycana qarşı törətdikləri “mədəni” və etnik təmizləmənin təfərrüatını təqdim edib. Onun yazdıqları beynəlxalq hüquq müdafiə təşkilatlarının və dünya birliyini təmsil edən təşkilatların, o cümlədən BMT-nin faktlarına əsaslanıb. Məqalə təkcə antisemit şərhlərlə müşayiət olunan şiddətli təhqir atəşinə tutulmayıb, həm də təhdidlərlə qarşılanıb. Ravvin yazır: “Sionist əclaf” sözlərinə rast gəldiyimə görə bu şərhlərin ardını oxumadım”.

Müəllif daha sonra yazır ki, o, bu şərhlərdə təkcə xüsusi maraqları olan, qərəzkar mövqedən çıxış edən və ermənilərin vəhşiliklərindən xəbərsiz olan müəyyən qrupların mütəşəkkil səylərini deyil, həm də qatı antisemitizmin olduğunu gördüm. Bu da öz növbəsində harmoniya, tolerantlıq və ümidin alqışlandığı və aşılandığı Azərbaycan və İsrail kimi ölkələrə yəhudi icmasının dəstəyinin əhəmiyyətini nümayiş etdirən əlavə faktları ortaya qoymağa sövq edir”.

Sonra müəllif 1990-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni işğalçıları tərəfindən qanunsuz işğal olunmasından, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünya birliyi tərəfindən pislənməsinə baxmayaraq, bu işğalın bu günədək davam etməsindən yazır. İ.Baruk erməni işğalçılarının Azərbaycanın dinc sakinlərinə qarşı vəhşiliklərindən də söz açır.

Ravvin Azərbaycanda, xüsusən də, yəhudilərə münasibətdə qədim tolerantlıq ənənələrindən danışır. Bu, Ermənistan kimi ölkələrdə antisemitizmin hökmranlıq etdiyi indiki vaxtda daha aydın görünür. Müəllif vurğulayır ki, Antidiffamasiya Liqasının 2014-cü il üçün məruzəsində Ermənistan ikinci ən qatı antisemit ölkə kimi göstərilib.

Sonda İ.Baruk Ermənistan rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətləri etiraf etməyə çağıraraq yazır: “Azərbaycan tərəqqinin və sülhün bərpasını dayandırmağa çalışan qüvvələrə qarşı mübarizəsində dəstəklənməyə layiqdir”. (Azərtac)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təcili: Rus hərbi təyyarələri Suriyada türkmənləri bombalayır

Next Post

Obama: “Rusiyanın koalisiyası İran və Əsəddən ibarətdir”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Obama: "Rusiyanın koalisiyası İran və Əsəddən ibarətdir"

Merkel Poroşenko və Putini bir-birinin əlini sıxmağa məcbur elədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.