"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kişilərin qadınları anlaması…

04 Oktyabr 2015 - 16:48
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Qadınlar ömür boyu anlaşılmaq problemi yaşayıblar. Ya da anlaşılmadıqlarını iddia edərək kişiləri ittiham etmək üçün əbədi bəhanə tapıblar.

 

Sonra bir dahi kişi çıxıb (deyəsən Oskar Uayld idi o dahi) “Qadınları anlamağa çalışmayın. Onlar anlaşılmaq üçün deyil, sevilmək üçün yaradılıblar” deyərək məsələni qadınların könlünü alaraq kişilərin xeyrinə həll etməyə çalışıb.

 

Adam yaşlandıqca, təcrübə qazandıqca bir məntiqlə başqa məntiqi mühakimə etməməyi öyrənir.

 

Bəlkə də, qadınları çözmək, məsələn, bildiyin xarici dil təkcə almanca olduğu halda ingiliscə olan romanı anlamağa çalışmaq qədər absurdur. Ya da ərəbcə bildiyin halda farsca oxumağa çalışmaq kimi bir şey… Oxşar bir neçə sözə baxıb özündən məna çıxarıb mətni anlamaq istəmək kimi mənasız.

 

Normal məntiqlə yanaşsaq, belə mövzuları ancaq bekar adamlar müzakirə edə bilər. Sonucda qadın da, kişi də insan… Gəl ki qadın məntiqi hadisələrə normal məntiqlə yanaşmağa imkan vermir. Yəqin, elmdə olan formal məntiq və riyazi məntiqdən başqa bir də həyatın yazılmamış qanunlarına görə qadın məntiqi var ki, işlər o məntiqlə həll olunanda dalana dirənir.

 

Tələbə vaxtlarımda bir yaxın dostum vardı. Dostluğumuza səbəb şəhər uşağı və bizdən də 3-4 yaş böyük (istədiyi ixtisasa qəbul olmamışdı deyə oxumamışdı) olması idi yəqin ki. Çox şey yaşamışdı, pafoslu və emosional da danışığı vardı. Nəsə problemi olanda, 22-24 yaş arası qızın içindəki güclü, özünəinamlı qadın tələm-tələsik özünü yetirirdi. Həmişə şən görünsə də, qap-qara, yumru gözlərində qəribə kədər vardı. Yarı yalan, yalan doğru həyatından maraqlı hadisələr danışıb həmişə maraq obyekti ola bilirdi. Boşuna xatırlamadım onu, qadın-kişi mövzusunda ondan çox şey öyrənmişəm. Bunu da o danışmışdı:

 

“…İlk aşiq olduğum adam ondan sonrakı yaşamımı cəhənnəmə çevirdi rəsmən. Eşqin eyforiyasından ayılmamış, “Məni atıb gedən sevgilimi hələ də unuda bilməmişəm. Səndən ayrılmaq istəmirəm, amma onu düşündüyüm halda münasibəti bu cür saxtakarlıqla davam etdirmək də düzgün deyil”, – deyib getdi. Aylarla özümə gələ bilmədim. Sonra ondan “qisas” almaqçün ən filan-filan adamlara baş qoşdum. Ən münasib sevgi təkliflərinə “hə” deyib münasibət qurdum. Və “bumeranq” başlandı… Onun mənə etdiklərini mən başqalarına etməyə başladım. Labirint kimi həyat, sevgilər “qisas” üstündə quruldu.

 

Üstündən bir ildən çox vaxt keçib, arada-sırada yazır. Keçən dəfələrdə də Votsapa “İndi sənin nə hiss etdiklərini daha yaxşı anlayıram. Hiss etdiklərinin hamısını anlamışam, vallah”, – yazmışdı…

 

Yadıma kişilərin qadınları anlaması ilə bağlı min cür misal, məsəl, lətifə, hekayə düşdü. Gülümsəyib, “tez deyil ki?” yazdım. Ya anlamadı, ya da özünü qanmazlığa vurdu. Mən bir il qabaq da bu dildə danışırdım”.

 

Müəllif: Nilufər Muğantürk
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Yaralı PKK-çılar Rusiyada müalicə olunur” – Millət vəkili

Next Post

Siz

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Siz

FHN-dən “Qəbələdə sel” xəbərinə REAKSİYA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.