
ABŞ-da 147 sərnişini Finiksdən Bostona aparan təyyarənin pilotu uçuş zamanı həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “DHA” agentliyində yer alıb. Yardımçı pilot təcili olaraq təyyarəni Nyu-Yorkun Sirakuz şəhərinə endirib.
Sərnişinlər isə təyyarədən endikdən sonra hadisədən xəbər tutublar.
Pilotun hansı səbəbdən öldüyü məlum deyil.



