
Fransis Olland “Putin bizim deyil, Əsədin müttəfiqidir” deyib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Fransa prezidenti Olland “ARTE” telekanalında çıxışı zamanı bildirib.
Rusiyanın Suriyadakı hava əməliyyatlarının terror təşkilatı DAEŞ-i hədəfə almadığını bildirən F.Olland “Rusiya hazırda Suriya məsələsində bizim müttəfiqimiz deyil, lakin nə vaxtsa siyasi həll axtarışında olaraq, DAEŞ-ə aid hədəfləri vursa, bizim müttəfiqimiz olacaq. Mən də belə olmasını arzu edirəm” deyə qeyd edib.
F.Olland cümə günü Sarayda görüşdüyü V.Putinə Rusiyanın DAEŞ hədəflərini vurmalı olduğunu təlqin etdiyini də bildirib.
Qeyd edək ki, ötən həftə Fransa qırıcı təyyarələri ilk dəfə Suriyanın şərqindəki DAEŞ hədəflərini vurmuşdu.



