"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dərmanlar kəskin ucuzlaşacaq

07 Oktyabr 2015 - 09:31
in XƏBƏR LENTİ

Azərbaycan özü dərman istehsal edəcək. Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində səsləndirilən fikirlər bunu deməyə əsas verir
Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev forumda çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Azərbaycanda əczaçılıq klasterinin yaradılması üçün bu sahədə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır.
Moderator.az anspress-ə istinadən bildirir ki, Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb da Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqdan danışaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıqda məqsəd təkcə dərmanların Rusiyadan idxalı məsələsi deyil. “Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır. Bunlar xüsusilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır”.
İqtisadçı Vüqar Bayramovun fikrincə, Rusiyanın Azərbaycana marağının bir neçə səbəbi var. Bunlardan biri də ölkəmizdə dərman istehsalı üçün kifayət qədər münbit xammal ehtiyatının olmasıdır. “Praktiki olaraq, Azərbaycanda dərman istehsalı təşkil ediləndə xammal baxımından təminatda hər hansı çətinlik olmayacaq”, – deyən ekspert əlavə edib ki, dərman istehsalında istifadə edilən bir çox növ bitkilər, yod kimi təbii maddələr Azərbaycanda mövcuddur. “Ölkədəki iqlim şəraiti buna imkan yaradır”.
Şübhəsiz ki, əgər dərman preparatları Azərbaycanda istehsal edilərsə, bu, satılan dərmanların qiymətinə də təsir etməlidir; yerli xammal hesabına istehsal edilən dərmanların qiyməti də mövcud qiymətlərdən ucuz olmalıdır.
“Dərman istehsalı birmənalı şəkildə qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə səbəb olacaq. Azərbaycan bazara yerli dərman məhsullarını çıxarmaqla daha ucuz qiymətə dərmanlar təklif edə biləcək. İlkin qiymətləndirmə onu göstərir ki, əgər Azərbaycanda əsas dərman məhsulları üzrə istehsal təşkil olunarsa, bu, həmin məhsulların qiymətinin orta hesabla 30 faiz ucuzlaşmasına gətirib çıxaracaq”, – deyən Vüqar Bayramov dərman bazarında yeni ucuzlaşma dalğasının müşahidə ediləcəyini vurğulayıb.
Eyni zamanda, Azərbaycanda dərman bazarı kifayət qədər genişdir. Bu isə ölkənin dərman satışından yüksək mənfəət əldə etməsinə imkan yaradır. Bundan başqa, bu həm də ölkəmizə investisiya qoyuluşu, yeni iş yerlərinin açılması, bazara daha keyfiyyətli dərman məhsullarının çıxarılması deməkdir.
Qeyd edək ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda çıxışında dərmanların qiymətinin süni şəkildə artırıldığını bildirmiş, qiymətlərin kəskin aşağı salınmasını əmr etmişdi.
“Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. Dərman bazarında uzun illərdir xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır”,- deyə prezident qeyd etmişdi. Yalnız prezidentin tənqidindən və əmrindən sonra dərmanların qiyməti təxminən aşağı salınmışdı.
Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın Qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.
Dərmanların qiymətləndirmədən əvvəl və sonrakı qiymətləri, adları ilə buradan tanış ola bilərsiniz.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cavid Qurbanova, qardaşına «xod» axtaranlar… – MTN Ziya Məmmədovun ətrafını araşdırıb – Şok iddialar

Next Post

Mars planetində şok tapıntı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mars planetində şok tapıntı

Rusiya İŞİD-in qərargahını bombaladı: 40 terrorçu öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.