"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AMEA bölmə rəhbəri Hikmət Hacızadənin açıqlamasından məyus olub…

08 Oktyabr 2015 - 21:06
in XƏBƏR LENTİ

Hikmət Hacızadə Azərbaycan Xalq Cəbhəsinin təməlini qoyanlardandır. Azərbaycanda gedən azadlıq və demokratiya uğrunda mübarizədə onun əməyi böyükdür. Həmişə hörmət və ehtiram göstərdiyim bu insanın ömür yolunu da, yaradıcılığını da diqqətlə izləyir, məqalələrini, müsahibələrini həvəslə oxuyuram. Bu günlərdə onun moderator.az saytına verdiyi müsahibəni oxuyanda isə çox məyus oldum. İnana bilmədim ki, Hikmət Hacızadə kimi dərin zəkalı, geniş bilgisi olan bir ziyalımız belə bir müsahibə versin. Amma neyləyim ki, jurnalist – saytın əməkdaşı Seymur Əliyev onun adından yazmış və Hikmət bəy də buna etirazını bildirməmişdir. Hikmət bəyin adından verilmiş müsahibədə yazılıb:  “Məsələ ondadır ki, Suriya-Türkiyə sərhəddində türkmənlər yoxdur. Onlar İraqda Mosul, Kərkük kimi yaşayış məntəqələrindədirlər. Buna görə də rusların türkmənləri bombalaması ilə bağlı deyilənlər bir qədər inandırıcı görünmür.”
Suriyada yaşayan türkmanlar haqqında kitab (Bax: “Colan Türkmanları.(folklor və etnoqrafiya örnəkləri. “Elm və təhsil” nəşriyyatı, Bakı-2014)” müəllifi kimi bəzi məsələlərə aydınlıq gətirməyi qərara aldım. Kitab Bakıda nəşr edilsə də, Azərbaycanın, Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının bəzi saytlarında müəllifin icazəsilə yerləşdirilib. İnternetdə axtarış verdikdə həmin kitab və 2002-ci ildən başlayaraq Azərbaycan və Türkiyə mətbuatında nəşr edilən məqalələrim görünür. Orada Suriyada yaşayan bizimlə az qala eyni ləhcədə danışan, özlərini türkman adlandıranların tarixindən, etnoqrafiyasından, folklorundan söz açmaqla yanaşı, sayları və yaşadıqları kəndlərin adını da göstərmişik. Rusiya təyyarələrinin bombaladığı bölgə və kənd adlarını gözdən keçirənlər aydın göstərir  ki, onlar Türkman kəndləridir. Aşağıda kitabdan bəzi parçaları verir (Oxucu marağı doğurarsa, Suriyada türkmanlar yaşayan kəndlərin hamısının adını bölgələr üzrə sayta göndərə bilər).
Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlərinə görə 1906-cı ildə Hələb şəhərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Müsəlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hələbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bеləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Lazkiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra bölgəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın yaşadığı göstərilir. Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir.
Ali Öztürkman yazır ki, Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli, Ulaşlı, Qaraşıxlı, Güneçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsalı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Budak, Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musabəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qaraqoyunlu, Sincar tayfa və tirələrindəndir.
Suriyada yaşayan Türkmanları üç qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana dilində danışanları daxil edirlər. Onların sayı 1,5 milyon nəfərdir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilməyənləri daxil edirlər. Onların sayı 2 milyona yaxındır. Üçüncü qrupa da ərəbləşmiş Türkmanları daxil edirlər ki, onların da sayının 2,5 milyon olduğu göstərilir ).
Ali Öztürkmen isə “Suriya Türkləri” məqaləsində yazır ki, Suriyada yaşayan Türkmənlərinsayı 2010-cu ilin bilgilərinə görə 3.500.000 olub və əhalinin 1.5 milyonu anadili olan Türkçəni rahatlıqla istifadə edirlər. 2 milyon isə ərəbləşmiş vəziyyətdədir və əsasən böyük şəhərlərdə (Şam, Hələb, Humus, Hama) yaşayırlar.
Suriyada Türkmanları yaşadıqları bölgələr beş yerə ayırırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türkmanları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və Humus Türkmanları, Şam bölgəsində yaşayanlara Şam Türkmanları, Colan təpələrində yaşayanlara isə Colan Türkmanları adlandırırlar.
Suriyada 523 kənddə (şəhərlərdəki məhəllələr bura daxil deyildir) Türkmanlar yaşayır.
Bayır və Bucak nahiyələrində 70-ə yaxın Türkman kəndi var. Kəndlilər öz aralarında və ailələrində ana dilində danışırlar. Lazkiyə vilayət mərkəzi və Kesap nahiyəsində 6, Bucak bölgəsində sahil boyunca 84, Behlüliyə nahiyyəsində 12, Bayır nahiyəsinə tabe Kebelinin Quzeyində 27, Doğusunda 8, Güneyində 11, İncəsunun Batısından Güneyə doğru olan bölümündə 20, Doğusunda 17 kənddə Türkmanlar əhalinin əsasını təşkil edirlər.
Hələb şəhərindəki Hüllük (böyük bir Türkman məhəlləsi), Bustan Paşa, Kadi Əskər, Haydəriyyə və Əşrəfiyyə, Şeh Xidir, İnzarat, Baidin, Şeh Fares Türkmanların yaşadıqları məhəllələridir. Şəhər mərkəzind olan məhəllərlədən başqa, Kurdağı, Azez, Bab, Münbiç, Çarabulus qəzaları da olmaq üzrə Hələb bölgəsində cəmi 145 Türkmən kəndi var. Malik Karadirek isə Hələb və çevrəsindəki kəndlərdə, qəsəbələrdə 800 min Türkman yaşadığını yazır.
Suriyada belə bir deyim var: “Humusda kim dersə mən Türkman deyiləm, o, əslində humuslu deyil”. Hama-Humus şəhərləri və Livan sərhədi arasındakı 55 kənddə Türkmanlar yaşayır və sayları da 350 min nəfərə yaxındır.
Salur (Sellüriyye) Türkmanları: Dindaş oğlu İsmail Bozulusa bağlı olan Gəncəli Avşarı, Qızıl Əli, Danişmendlüyə tabe Qara Xəlil.
Humusa bağlı bəzi Türkman kəndləri: Baba Amr Harası (bugünkü Türkman məhəlləsi) Zara, Mitras, Bdada, Arçun, Alhusun, Dar Kabira, Qızhıl, Üm al Qasab, Samalil, Burc Qaya.
Hama şəhər mərkəzində  və ətrafında da türkmanlar yaşayır. Hama bölgədə 25 kənddə Türkmanlar yaşayır və sayları da 90 min nəfərə yaxındır.
Türkmanlar Şamın şəhər mərkəzindəki Mühacirin və Muhiddin Arabinin türbəsi ətrafında sıx yaşayır ki, bu məhəlləyə də Türk məhəlləsi deyilir. Bununla yanaşı, Türkmanlar Şamın Həçər Əsvad, Tadamün, Cobar Hırmallı, Kadem, İşşıl Vervar, Mesakin Berze, Müxayyem məhəllələrində də yaşamaqdadırlar.
Şam ətrafı Türkman kəndləri isə bunlardır: Bily, Marah, Rihayba, Kaldun, Adra, Hatit Türkman.
Dera Türkmanlarının toplu yaşadıqları kənd və qəsəbələr: əl Hara, Neva, əl Hirak, Şıx Miskin, Gariye, əl Sahva , İnhil, əl Cize, Maraba, Balay, Barak.
Malik Karadireke görə, bölgənin 13 kəndində Türkmanlar Ərəblər, Çərkəzlər və Kürdlərlə birgə yaşayır
Fələstinlə sərhəddə yerləşən Colan təpəliklərində Ərəblər və Türkmanlar yüzillər boyu mehriban qonşuluq şəraitində yaşamışdılar.
Gazi Unversitetindən Doç. Dr. Turhan Çetin isə 1999-cu ilin qaynaqlarına dayanaraq yazır: “1999 tarihinde yapılan nüfuz sayımına göre, bölgenin nüfuzu 400 bin kişidir. Bu tarihde Türkmanların sayı 100 bin civarındadır. Yanı Türkmanlar Colan nüfuzunun yüzde 25 faizini oluşturmaktaydı. Golanda toplam 20 Türkman köyü bulunmaktaydı”.
Ehtiyac duyularsa, əlavə bilgilər verməyə və bilgilərin qaynaqlarını göstərməyə hazırıq.
 
Hörmətlə Əli Şamil
AMEA Folklor İnstitutu 
Xarici Əlaqələr Bölməsinin rəhbəri 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Biz öz gücümüzlə şər qüvvənin kökünü kəsdik` – İlham Əliyev

Next Post

Rusiya İŞİD-i niyə Xəzərdən vurdu? – ANALİZ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya İŞİD-i niyə Xəzərdən vurdu? - ANALİZ

Mərkəzi Bank: Qlobal çağırışlar Azərbaycan iqtisadiyyatı üçün də keçərlidir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.