"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yazıçılar Birliyində Asif Atanın 80 illiyi ilə bağlı tədbir keçirilib

10 Oktyabr 2015 - 10:10
in MƏDƏNİYYƏT

8.10.2015-3Oktyabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Asif Atanın 80 illiyi ilə bağlı tədbir keçirilib. Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. Tədbiri İşıqlı Atalı açıb, iştirakçıları salamlayıb: “Asif Ata yubileydən artıq hadisədir. Öncə istərdim AYB-nin katibi İlqar Fəhminin ürək sözlərini eşidək”.
İlqar Fəhmi deyib: “Bura cəmiyyətimizin dəyərli ziyalıları toplaşıb. Yəni buradakı insanların çoxu Asif Ata ilə həmsöhbət olublar. Bizlər kiçik yaşlarımızdan Asif Atanı teleekranlardan görmüşük, söhbətlərinə qulaq asmışıq, diqqətimizi cəlb edib, qəlbimizi ələ alıb. İnsanlığa, mənəviyyata, işığa xidmət edən istənilən bir fikir alqışlanmalıdır. Bu gözəl tədbirə yığışdığınıza görə hamınıza təşəkkür edirəm”.
İşıqlı Atalı 80 yaşlı Asif Atanın mahiyyətcə 800 yaşında olduğunu bildirib: “Bu, sadəcə, obraz deyil. Zamanı aşan, zamana sığmayan Atanın ömrü kənddən, ilkinlikdən başlayıb. Ömür ilkinliyini, bənzərsizliyini o, özü yaradıb. Heç kəsə oxşamamaq, özü olmaq yaradıcılığın başlıca şərtidir. Çox zaman insanı yaradıcılığından ayırırlar. Ancaq Asif Atada ömür elə yaradıcılıq deməkdir, yaradıcılıq ömür deməkdir. Asif Atanın ömrü başlanğıcdan sona kimi bir kök üstə olub”.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı


İşıqlı Atalı Atanın ömrünün gedişlərini təhlil edib, onun tələbəçilik (Moskva dövrü), ilk yaradıcılıq dövrünə nəzər salıb, fəlsəfi-bədii tənqidçiliyinin mahiyyətini açıb: “Asif Atanın tənqidində əsas cəhət yazıçının görmədiyini görmək, demədiyini deməkdir. Ümumiyyətlə, Atanın yaradıcılığında özünəməxsusluq, bənzərsizlik ömrü boyu davam edib. Artıq 80-ci illərin əvvəllərindən başlayaraq Asif Ata fəlsəfi-bədii tənqidçiliklə yanaşı sırf inam fəlsəfəsi əsərlərinin yazıb”.
Professor Nizami Tağısoy deyib: “Ədəbi-fəlsəfi təfəkkürümüzün inkişafı üçün son dərəcə rolu olan, orijinal şəkildə düşüncəmizi istiqamətləndirməyi bacaran Asif Ata haqqında danışmaq həm asandır, həm də olduqca məsuliyyətli və çətindir. Asif Atanın əsərləri ilə tanış olduqda tamamilə bənzərsiz bir təfəkkür sahibinin özünəməxsus dünyasına baş vura bilirsən”. O, A.Atanın indiyə kimi olan baxışlardan fərqli baxışının olduğunu bildirib: “Bəşər A.Atanın dediyi kimi yaşaya bilsə, bu gün rastlaşdığı fəlakətlərdən qurtula bilər”.
Tanınmış şair Abbas Abdulla A.Atanın fəlsəfi-tənqidi əsərlərinin vaxtilə “Ulduz” jurnalında çapından danışıb, ona yazılan tarixi məktubu oxuyub.
Şair Qəşəm İlqar Ruhdaş Ata ilə bağlı xatirəsini danışıb, şeirini oxuyub.
Şair, professor Paşa Qəlbinur Asif Atanın şəxsiyyətinə sayğısını ifadə edib, onun yaradıcılığının insanlığa, bəşərə gərəkliyini bildirib.
Tanınmış diktor, əməkdar artist Eldost Bayram Asif Atanın rübailərini oxuyub.
Yolruh Atalı Asif Ata fəlsəfəsinin özünəməxsus cəhətlərini açıb: “Bəşər tarixinin elə bir məşhur hadisəsi, siması yoxdur ki, Atanın onun haqqında fikri olmasın”.
Eləcə də tədbirdə Əlisahib Əroğul, Zaməddin Ziyadoğlu, Məhəmməd Hatəmi, Rafiq Turabxanoğlu, Razim Əliyev, Xeyrulla Ağayev, Amil Avey, Sədaqət Kamal, Maşallah Məftun və başqaları çıxış ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nobelli alim: “Mən türkəm, vəssalam!

Next Post

Qızıl 12 dollaradək bahalaşıb

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Qızıl 12 dollaradək bahalaşıb

ELÇİN İSGƏNDƏRZADƏNİN «QÜRBƏT HÜCRƏSİNDƏ»

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.