"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya müsəlmanları Suriyanın bombalanması barədə nə düşünür?

14 Oktyabr 2015 - 08:29
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Müsəlmanlar Rusiya əhalisinin 14 faizini təşkil edirlər

Rusiyanın müsəlman icması onsuz da heç vaxt yekdil olmayıb və Rusiyanın Suriyadakı hava zərbələri artıq mövcud olan icma gərginliyini artırıb.

Hava kampaniyası bir həftə əvvəl başlanıb. Moskva elan edib ki, İslam Dövləti adlanan təşkilatın və başqa qruplaşmaların mövqelərini bombardman edir.

Lakin Türkiyə və başqa NATO üzvləri narahatdırlar ki, Rusiyanın Suriyadakı başlıca hədəfləri prezident Bəşər əl-Əsədə qarşı döyüşən qruplaşmalardır.

Ümumiyyətlə, Rusiyanın müsəlman icması əsasən üç düşərgəyə bölünüb: Kremlin zərbə kampaniyasını dəstəkləyənlər, prezident Əsədi və onun müttəfiqlərini pisləsələr də İD-ə qarşı əməliyyata rəğbətlə baxanlar və İD-i dəstəkləyənlər.

Rusiyada müsəlmanların sayı 2011-ci ilin məlumatına görə 11 milyon olsa da, ekspertlər deyirlər ki, həqiqi rəqəm 20 milyon nəfərə yaxındır. Bu isə ölkə əhalisinin 14 faizini təşkil edir.

Parçalanmış icma

Rusiyada müsəlman icmalarına başçılıq edən 80-dək mufti var, lakin onların nüfuz və mövqeyi əhəmiyyətli dərəcədə fərqlənir.

Rusiyadakı 7000 məsçiddən az qala 6400-ü hökumət rəsmilərinə az-çox loyal müftilərin nəzarətindədir.

Onlar prezident Putinin Suriyaya hava zərbələri endirmək qərarını dəstəkləyiblər. Onlar həm də Kremlin əslində Suriya müxalifətini vurması barədə Qərbin iddialarını şərh etmirlər.

Lakin Rusiyada bəzi ruhani liderlər Putinin bombardman qərarını hər harda şübhə altına alırlar.

“Biz bu bombaların əslində hara düşdüyünü bilmirik, ona görə də nədənsə əmin olmaq mümkün deyil, – deyib mufti Nafiqulla Aşirov BBC-yə, – Amma əgər Rusiya İD-I vurmaq əvəzinə bu vətəndaş münaqişəsində bir tərəfi tutursa, buna haqq qazandırmaq olmaz”.

“İD Suriyaya kənardan gəlmiş qüvvədir və xalq ona müqavimət göstərməlidir. Amma heç kim hökumətyönlü qüvvələrlə müxalifət arasındakı münaqişəyə müdaxilə etməməlidir. Bu Suriya xalqının daxili işidir. Bu münaqişəni İD-ə müqavimətlə qarışdırmaq lazım deyil” – deyib Aşirov.

Narahat həqiqətlər

Rusiyada yaşayan müsəlmanların əksəriyyəti Suriya müxalifətinin döyüşçüləri kimi sünnidir.

Lakin Moskvanın dəstəklədiyi qüvvələr ya Suriya ordusunda çoxluq təşkil edən ələvilər, ya da Hizbullah da daxil qonşu Livandan olan şiələrdən ibarət qruplardır.

Bunlar Rusiyanın müsəlman icması arasında narahatlıq doğuran həqiqətlərdir.

“Bəşər əl-Əsəd Suriyada müsəlmanların əleyhinə hərəkətləri ilə ad çıxarıb, – deyir müsəlman fəal Ali Çarinski, – Bütün müsəlmanlar bir icmadır, vahiddir. Buna görə də biz Rusiyanın qərarından razı qala bilmərik. Mənim dostlarımdan, tanıdığım müsəlmanlardan heç biri bundan razı deyil”.

Image captionBir çox Rusiya müsəlmanları başqa rusiyalılar kimi hökumətin əleyhinə çıxmaqdan qorxurlar

Lakin kiminsə hökumətin əleyhinə səsini ucaldacağını gözləmək olmaz. Dini fəal Ayrat Vaxitovun fikrincə, çünki hamı hökumət tərəfindən mühakimə olunacağından qorxur.

Onun özü ekstremizm iddiaları ilə Rusiya təhlükəszlik xidmətləri tərəfindən dəfələrlə həbs edilib.

Lakin məhkəmə onun xeyrinə hökm çıxarıb və FTX hətta yazılı şəkildə ondan üzrxahlıq da edib. Həmin vaxtdan bəri Vaxitov mühacirət edib. O hazırda Suriya müxalifətini dəstəkləyir və İD-ə qarşıdır.

Təhlükəsizlik xidmətlərinin məlumatına görə hazırda 2500-ə yaxın rusiyalı İD-in sıralarına qoşulub və başqa keçmiş sovet respublikalarından minlərlə insan İD-lə çiyin-çiyinə döyüşür.

Lakin Vaxitov israr edir ki, Rusiya müsəlmanlarından çox azı İD-i dəstəkləyir və dəstəkləyənlərin də sayı azalır.

“Dostları və qohumları artıq İD-in sıralarında olanlar radikalları dəstəkləyirlər. Yəni onlar yaxınlarının mövqelərini bölüşürlər” – deyir Vaxitov.

O deyir ki, ümumilikdə İD Rusiyada rəğbətlilərini itirməkdədir.

O inanır ki, ölkə müsəlmanları İslam Dövləti qruplaşmasının əsl üzünü tanıyıblar.

“Onların danışdıqları gözəl hekayətlər saxtadır” – deyir o.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var”

Next Post

Aynur Camalqızı: “Qadın nə qədər güclüdürsə…” – FOTOLAR – YENİLƏNİB

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Aynur Camalqızı: “Qadın nə qədər güclüdürsə...” - FOTOLAR - YENİLƏNİB

Sergey Lavrov: Bu, İŞİD əleyhinə mübarizəni dəstəkləyənlərə hədədir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.