"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Biri zibilli çörəkdaşıyan maşına DUR desin! – Səbinə ƏVƏZQIZI

14 Oktyabr 2015 - 08:56
in CƏMİYYƏT

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Çirkdən qapqara rəngə boyanmış qutulara, açıq şəkildə qalaqlanmış çörəkləri görəndə xeyli ürəyim bulandı. Qutulara isə üzərinə hopan çirkdən palçığa çevrilmiş yağ məhlulu sürtülmüşdü. Bu palçıq yağlara hopan mikrob, bakteriyaları düşündükcə insan dəhşətə gəlir. Hələ bu məsələnin birinci tərəfidi…

Səhər işə gələndə qarşımda açılan mənzərəyə dözmək çox çətin idi. Üzərinə “Çörək” yazılan avtomobilin acınacaqlı vəziyyətinə əsəbi halda baxırdım. Sınıq-salxaq, pəncərə yerinə şüşə əvəzinə çirkdən zorla görsənən klyonka çəkilən bu avtomobil Allahın xüsusi neməti olan çörək daşıyır. Bu çirkli, xəsətlik yuvası olan avtomobilin içindən başqa, hətta üstündə belə üzəri örtülməmiş formada çörək qutuları var idi. Fotolardan gördüyünüz kimi, avtomobil ağzınacan çörəkdi. Çörək bu formada mağazalara dağıdılır.

Təsəvvür edin ki, o yağ bulaşıq palçıqlı qutulardan çıxarılan çörəkləri bizlər mağazadan alıb evimizə aparırıq. Evdə özümüzlə birgə doğmalarımıza, yaşlı valideynlərimizə, körpə uşaqlarımıza yedizdiririk. Əlimizlə onlara xəstəlik daşıyırıq…

Onu da qeyd edim ki, bu formadakı “Çörək” avtomobili neçə-neçə dövlət yol polisi əməkdaşının yanından keçdi. Hətta yoldakı tıxacın ucbatından sözügedən yük avtomobili ilə arxa-arxaya ən azı 7-8 dəqiqə polis əməkdaşlarının düz yanındaca dayanıb gözləməli olduq. Polislər biz tərəfə baxırdılar, ancaq sadəcə baxırdılar, bu acınacaqlı mənzərəni niyə görməzdən gəlirdilər? Bunun səbəbini anlaya bilmədim… Axı ən azı yükdaşıma qaydasını pozduğuna görə maşını saxlaya bilərdilər?!
Böyüklərimiz bizə öyrədiblər ki, əli çirkli çörəyə toxunmaq olmaz GÜNAHDIR. Yəni onlar hətta sanitar qaydaları bir kənara qoyub, bizi Allahla qorxutmağa çalışıblar. Bu insanların isə Allahdan qorxmadıqları bir kənara qalsın, heç hökumət orqanlarından çəkinmədikləri də meydandadır. Cənablar, hansı əsirdə yaşayırıq, dağ başında, mədəniyyətin gəlib çata bilmədiyi bir məkandayıqmı? Bu cür üfunətli formada daşınan çörəkləri Bakı kimi bir şəhərdə yaşayan insanlara yedizdirməyə necə cəsarət edirsiz? Bəs səlahiyyətli orqanlar haradadır… Gəlib restoranlarda, kafelərdə milçək axtarışına çıxan həkim-epidemioqlarımız necə olub? O qədər sual var ki, bilmirəm hansını sadalayım…

Vallah Bakıda son vaxtlar elə tər-təmiz, modern zibildaşıyan maşınlar görürəm ki, onlar, Allaha ağır getməsin, bu çörəkdaşıyan avtomobildən 100 dəfə təmiz görsənir. Niyə belə olmalıdır, zibilləri təmiz, çörəkləri zibilli avtomobildə daşıyırıq. Bəlkə Almaniyadan neçə-neçə zibildaşıyan əvəzinə, çörəkdaşıyan gətirək? Bizə çörək, yoxsa zibil daha vacibdir?

Bu yazını İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Yol Polisinin elektron poçtlarına da göndəririk. Hesab edirik ki, bu qədər dövlət orqanı yığışıb Bakı küçələrində çörək vasitəsilə bizlərə xəstəlik, zəhər, mikrob daşıyan bir nəqliyyat vasitəsini durdura biləcəklər… Çünki fotolarda avtomobilin dövlət nömrə nişanı aydınca görsənir. Artıq biri bu zəhər daşıyan avtomobilə DUR desin. Nəticə barədə oxucularımıza da məlumat verəcəyik.

Səbinə ƏVƏZQIZI 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda borcunu ala bilməyən kişi qadını hərəkəti ilə mat qoydu

Next Post

Ziya Məmmədovu bitirən şok səbəb – “siyasi xəyanət”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Ziya Məmmədovu bitirən şok səbəb - “siyasi xəyanət”

“Mən hər dəfə bu məsələni qaldıranda hörmətli Elman müəllim deyir ki...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.