"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Vergi güzəştlərinin ləğvi sahibkarlığın inkişafına mane olacaq”

15 Oktyabr 2015 - 10:53
in XƏBƏR LENTİ

204912016-cı il büdcə müzakirələri komitələrin birgə iclasında müzakirəyə çıxarılarkən hörmətli maliyyə naziri Samir Şərifov bildirdi ki, vergi güzəştlərinin ləğv olunması gündəmdədir və tikintidə vergi güzəştləri sadələşdiriləcək. Vergi güzəştlərinin sadələşdirilməsi təqdir olunur, amma vergi güzəştlərinin ləğv olunması indiki halda nə qədər dogrudur?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 
Moderator.az xəbər verir ki, bunu parlamentin dünənki iclasında çıxış edən MDHP-nin sədri, millət vəkili Fərəc Quliyev deyib.
Millət vəkilinin çıxışını olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikası Milli Məclisində 2016-cı ilin büdcə müzakirəsində Fərəc Quliyevin çıxışı.
Hörmətli hökumət üzvləri, hörmətli kolleqalar .
2016-cı il büdcə müzakirələri komitələrin birgə iclasında müzakirəyə çıxarılarkən hörmətli maliyyə naziri Samir Şərifov bildirdi ki, vergi güzəştlərinin ləğv olunması gündəmdədir və tikintidə vergi güzəştləri sadələşdiriləcək. Vergi güzəştlərinin sadələşdirilməsi təqdir olunur, amma vergi güzəştlərinin ləğv olunması indiki halda nə qədər dogrudur? Cənab nazir yənədəmi bu fikirində qalır? Əgər ölkə neft gəlirlərinin azaldığı bir dövrdə qeyri-neft sektorunun inkişafı və sahibkarlığın inkişafını prioritet götürürsə onda vergi güzəştlərinin ləğvi sahibkarlığın inkişafına təbii ki, mane olacaqdır. Bütün addımlar ölçülüb-biçilməli, fərqli bir büdcə fəlsəfəsi ortaya qoyulmalıdır. Çünki büdcə sənədi həm də dövlət inkişaf proqramıdır. Müzakirə etdiyimiz sənəd sadə mühasibat uçotu səviyyəsindədir və buna görə hörmətli maliyyə naziri günahkar deyil. Hökumət ona hansı materialı veribsə, o da daxilolma və xərcləmələrin mükəmməl şəkilləndirməsini edib. Büdcəni dövlət proqramı kimi hazırlamaq hökumətin işidir. Neft gəlirləri azalıbdır deyə, bu azalma rəqəminə uyğun bütün sahələrdə azalmalar etmə, işləyən vətənaşların ixtisara salınması çıxış yolu deyil. Hökumət bu azalmaların yerini doldurmaq üçün alternativ qaynaqlar təklif etməli idi. Bunun üçün Prezident hökumətə kifayət qədər meydan verib, şərait yaradıb. Sənaye ili elan olunub və bu sahənin inkişafı üçün prezidentin sərəncamı ilə kifayət qədər vəsait ayrılıb, kənd təssərrüfatı ili elan olunub, prezident bu sahənin də inkişafı üçün kifayət qədər vəsait ayırıb. Açığı bir neçə nazrliyi çıxmaq şərti ilə nazirliklər -hökumət çox tənbəldir, Prezidentlə ayaqlaşa bilmir, təşəbbüskar deyil. Bütün bunların müqabilində neftdən asılı olmayan büdcə formalaşdırılmalı idi. Hansı vəsiti hökumət, yerli icra hakimiyyəti istəyibsə, bu onlara artıqlaması ilə verilib. Prezidentin dünənki çıxışından bir daha göründü ki, sadalanan prioritetlər siyasi iradədir, onda nədən belə məzərə yaranıb? Son 15 ildə neft gəlirləri 140 milyard dollar civarında olub, bu vəsaitlə boş səhrada ölkə yaratmaq mümkün idi. Belə örnək kimi İsraili gostərmək olar. BMT İsrail dovləti yaratmaq qərarı verəndən sonra cəmi 450 min yəhudini 20 min kv. km boş bir əraziyə gətirdilər. Nə yeraltı, nə yerüstü sərvəti,nə bir dənə axar çayı olmayan bir əraziyə. Bu insanlar istehsal sahələri yaratdılar, duzlu suyu şirin suya çevirib, dünyada ən unikal kənd təssərrüfatı qurdular. İndi İsrailin illik gəliri 200 milyard dollar civarındadır. Biz niyə belə davranmayaq? Bizim qat-qat artıq qaynaq və imkanlarımız var axı. Neft 1998-ci ildə olduğu kimi 10 dollar qiymətə düşsə nə olacaq, yenə olkənin kəmərləri sıxılmalıdırmı? Neftin qiyməti düşübsə onu xammal kimi satmayaq, yarımfabrikant və son məhsul kimi sataq. Məsələn, texnologiya parklarımızda boru istehsal olunur və bunun üçün xaricdən material alınır. Bu material neftdən hazırlanır. Biz özümüz neftdən bu yarımfabrikantı istehsal edib, ondan da boru niyə hazırlamayaq? Bizdən ucuz qiymətə neft alıb onu bizə yarımfabrikanta çevirib niyə baha qiymətə satsınlar? Niyə pulumuzu başqa ölkəyə verək? Bu materialı istehsal edən sahə yaratmaqla niyə yeni iş yeri açılmasın? Bunu bir nümunə olaraq deyirəm. Sənaye texnologiya parklarımızda ən muasir cihazlar alınıb quraşdırılıb. Bu cihazlarla kosmik cihazlar belə düzəltmək olar. Amma gedin bazara baxın, adi masaustü qaz pilitələri, məişət əşyaları ya İrandan, ya Türkiyədən, ya Çin və Koreyadan gətirilir. Bunları kustar üsulla belə istehsal etmək mümkündür. Bu qədər bahalı dəzgahlarımız varkən nədən asılı olmayan sahələr yaratmayaq, ixtisarlar əvəzinə insanlarımızı faydalı çalışdırmayaq? Azərbaycanın özünün də istehsal və rəqabətə davamlı məhsul istehsal etmə təcrübəsi var. Keçən əsrin 70-ci illərində rəhmətlik Heydər Əliyev Bakı kondisionerler və soyuducular zavodunu inşa etdirdi. O dönəmdə, xatırlayırsınızsa ,bizim kondisionerlər,souyducular postsovet məkanında ən çox tələb olunan məhsul idi, indi niyə qurmayaq? Bu həm də yeni iş yerləri deməkdir, pulumuzun xaricə verilməməsi deməkdir. Tədricən istehsal etdiyimiz malları bir az da keyfiyyətli hala gətirib xaricə ixrac edərək qazanc əldə etmək deməkdir. Dövlətin vəsaitləri bu istiqamətlərdə iş quranlara kredit şəkilində verilmək əvəzinə milyard manatlarla vəsait avanurist layihələrə verilib, indi o vəsaitin dağıdılması aşkar olur.
Mən 2013-cu ildən başlayaraq bir neçə dəfə gənclərə kredit verilməsi ilə bağlı burada məsələ qaldırmışam. Neft Fondunun vəsaitləri xaricdə 3%-lə xarici ölkə vətəndaşlarına işlətməyə verilir. Dəfələrlə təklif etdim ki ,bizim xaricdə saxlanan vəsaitlərin bir hissəsi ölkəyə gətirilsin, gənclərimizə-xususilə hərbi xidmətdən qayıdanlara 3%-lə kredit verilsin , kiçik sahibkarlıqla, istehsalla məşğul olsunlar və rayonlarda olanlara orada torpaq sahəsi, şəhərlərdə olanlara şəhər ətrafında kiçik torpaq sahəsi verilsin ki, mənzillə təmin olunsunlar, başqa ölkələrə də axıb getməsinlər. Bu təklif indiyə qədər həyata keçməyib, amma milyard manatlarla vəsait heç bir girovsuz avanturistlərə verilir. İsrafçılıq etmək olmaz, indiki dövrdə tam qənaətlə çalışmaq lazımdır. Burada dəfələrlə qaldırdığım bir təklifi elə bu məqsədlə bir daha səsləndirmək məcburiyyətindəyəm- kommunal sektor dovlət mülkiyyəti ozündə saxlamaq şərti ilə idarəetməyə verilməlidir. Belə olarsa bu sektora büdcədən vəsait ayrilmaz, üstəlik bu sahə büdcəyə gəlir gətirər. Yeni iqtisadi yüksəliş fəlsəfsini həyata keçirmək üçün, həm də yeni idarəetmə fəlsəfəsi qəbul olunmalıdır. Bir çox idarəetmə strukrurları ləğv olunmalıdır. İdarəetmədə koordinatorluğu Prezident aparatı etməklə, operatorluq birbaşa yerdəki icraçılara verilməklə Nazirlər Kabinetinin bir çox strukturları, məncə paralelliyi aradan qaldırmaq naminə ləğv olunmalıdır.
Yuxarıda göstərdiklərimi əsas götürərək, 2016-cı ilin büdcə layihəsini Azərbaycanın indiki vəziyyətinə ölkəmizin potensialına uyğun olmadığını düşünürəm və yenidən işlənməsini faydalı hesab edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 4 min nəfərə ölkədən çıxış qadağası qoyulub

Next Post

Bakı-Sumqayıt qatarında dəyişiklik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakı-Sumqayıt qatarında dəyişiklik

Azərbaycanlı İŞİD-çı qadın haqda - Açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.